/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
03.10.2014 [09:58]
Oktyabrın 2-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Valentina Matviyenko deyib: “Biz, Sizi Rusiyada çox yaxşı tanıyırıq. Təkcə Prezidentin həyat yoldaşı kimi deyil, başqa cəhətdən də tanıyırıq. Siz həqiqətən çox böyük ictimai fəaliyyət göstərirsiniz. Həm Azərbaycan parlamentinin üzvü, həm Heydər Əliyev Fondunun prezidenti, həm xoşməramlı səfir kimi. Siz həmişə Rusiyada arzulanan qonaqsınız. Sizin qızınız Leyla da Moskvada gənclər hərəkatı, gənclər təşkilatları ilə çox böyük işlər aparır. Bu yaxınlarda Moskvada çox parlaq tədbir keçirildi. Mühüm olan odur ki, bütün ailə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmlənməsi üçün böyük işlər görür. Mən fürsətdən istifadə edərək, həmkarlarım adından Rusiya-Azərbaycan münasibətlərinin inkişafına və humanitar əməkdaşlığa verdiyiniz töhfəyə görə Sizin fəaliyyətinizin qiymətləndirilməsi məqsədilə Federasiya Şurası tərəfindən təsis olunan medalı təqdim etmək istəyirəm. Bu medal MDB ölkələrinin Parlamentlərarası Assambleyasının əməkdaşlığa görə ali mükafatıdır. Biz bu mükafatı ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verən şəxslərə təqdim edirik”.
* * *
Mehriban Əliyeva deyib: “Mən bu mükafata görə Sizə dərin minnətdarlığımı bildirirəm. Siz çıxışınızda Rusiya ilə Azərbaycan arasında olan münasibətlər barədə çox yaxşı danışdınız. Çıxışınız həqiqətən bütün sahələri əhatə edirdi. Buna görə də mən təkrar etmək istəmirəm. Təkcə onu demək istəyirəm ki, bizim bütün sahələrdəki münasibətlərimiz iki qonşu ölkənin öz siyasətini, münasibətlərini qarşılıqlı hörmət, dostluq və qarşılıqlı maraqlar əsasında qurmaq nümunəsi ola bilər. Həmişə belə olub və əminəm ki, bundan sonra da belə olacaq. Heydər Əliyev Fondunun verdiyi kiçik töhfələrin qiymətləndirilməsinə şadam. Sevinirəm ki, indi layihələr genişlənir. Bu yaxınlarda Prezident Həştərxanda olub. Mən tədbirə televizorda baxırdım və mənə çox xoşdur ki, Heydər Əliyev Fondunun adı çəkilirdi. Bizim münasibətlərimizdə Leylanın fəal iştirakı qeyd olundu. Yəni, bütün bunlar təbii proseslərdir və əminəm ki, bundan sonra da belə davam edəcək. Bir daha dəyərli mükafata görə çox sağ olun. Əminəm ki, bundan sonra daha da sıx əməkdaşlıq edəcəyik”.
* * *
Valentina Matviyenko deyib: “Mən onu da demək istəyirəm ki, Beynəlxalq Humanitar Forum Bakıda daimi qeydiyyata götürülüb və dünyada artıq Bakı Forumu kimi tanınır. Bu, Azərbaycanın və şəxsən Sizin böyük töhfənizdir. Mən Sizin humanitar sahədə, bütövlükdə dünyada, dövlətlər arasında, Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi sahəsində nə qədər çox iş gördüyünüzü bilirəm. Bu, Azərbaycanın nüfuzunu artırır və Azərbaycanın xidmətlərinin dünyada, bütövlükdə dünya siyasətində, xüsusən humanitar sahədə tanınmasına verilən töhfədir. Fikrimcə, bu, ölkənin statusunu daha da yüksəldir. Azərbaycanın yüksək templə inkişaf etməsi, Bakının bu cür dəyişməsi böyük hörmətə layiqdir. Buna görə, Sizi belə əlamətdar hadisə münasibətilə təbrik edirik və mənim həmkarlarım, Federasiya Şurasının üzvləri həmişə humanitar sahədə belə əməkdaşlıq etməyə hazırıq”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

