Azərbaycanın gənclər və idman naziri BMT Baş Məclisinin sessiyasında çıxış edəcək
18.10.2014 [11:20]
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Nyu-Yorkda keçiriləcək BMT Baş Məclisinin 69-cu sessiyasında iştirak etmək məqsədilə oktyabrın 20-də ABŞ-a səfər edəcək.
Bu barədə AzərTAc-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, sessiya çərçivəsində “İnkişaf və sülh naminə idman” bəndi altında müzakirələr keçiriləcək.
Müzakirələrdə nazir Azad Rəhimov çıxış edərək müstəqilliyini bərpa etdiyi gündən Azərbaycanın bir çox Avropa və dünya çempionatlarına ev sahibliyi etməsi, 2016-cı ildə 42-ci Dünya Şahmat Olimpiadasının və “Formula-1” üzrə Avropa “Qran-pri” avtomobil yarışının, 2017-ci ildə dördüncü İslam Həmrəyliyi Oyunlarının, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 oyununun Bakıda keçiriləcəyi haqqında məlumat verəcək.
Eyni zamanda, A.Rəhimov Təşkilat Komitəsinin sədri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva olan və 2015-ci il iyunun 12-də Bakıda start götürəcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı məlumatları diqqətə çatdıracaq. Nazir ölkəmizdə 17 gün davam edəcək Avropa oyunlarına qitənin 6 mindən çox idmançısının qatılacağını və onların 20 idman növündə mübarizə aparacaqlarını, idmançıların və Azərbaycana gələcək turistlərin ölkəmiz haqqında müsbət rəy əldə etmələri və oyunların yüksək səviyyədə keçirilməsi üçün lazımi hazırlıq işlərinin görüldüyünü vurğulayacaq.
Nazir, həmçinin dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqət və qayğısından, son 10 ildə ölkəmizdə 50-dən artıq idman obyektinin tikilib istifadəyə verilməsindən danışacaq, idmançılarımızın Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında, Çinin Nankin şəhərində keçirilmiş Yeniyetmələr arasında İkinci Olimpiya Oyunlarında qazandıqları qələbələr haqqında da iştirakçıları məlumatlandıracaq.
Sessiyada, həmçinin birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə dünya ictimaiyyətinə ətraflı məlumat verilməsi və təbliğat xarakterli tədbirlərin təşkili, o cümlədən idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və birinci Avropa Oyunlarına həsr olunmuş sərginin təşkili və təbliğat xarakterli materialların paylanılması da planlaşdırılır.
Səfər oktyabrın 25-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

