Siyavuş Novruzov: Leyla Yunus kimilərinin adları Ermənistanda “tarixləşə” bilər
21.10.2014 [10:01]
“Leyla Yunus kimilərinin adları Ermənistanda “tarixləşə” bilər. Onların Azərbaycan tarixində nə izi, nə də tozu qalacaq”. SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov Vətənə xəyanətdə ittiham olunaraq həbs edilən hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşına yazdığı son məktubunu şərh edərkən deyib.
Onun sözlərinə görə, Leyla Yunus və Arif Yunusun mövqeyi Azərbaycan dövlətçiliyinə qənim kəsilən xarici havadarlarla eynilik təşkil edir: “Onlar Azərbaycanın hərbi sirlərini ermənilərə ötürüblər. Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdikləri də tam təsdiqini tapmış məsələdir. L.Yunus daim ermənipərəst mövqeyi ilə seçilib, erməni maraqlarına xidmət edib. Onun kimiləri isə hər zaman xaricdən olan havadarlarının maliyyəsi hesabına bu cür “işlər” görüblər. O, bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib”.
Siyavuş Novruzov, həmçinin, bildirib ki, Leyla Yunus kimi “hüquq müdafiəçiləri” indi həm Azərbaycan xalqının, həm də ictimaiyyət nümayəndələrinin qınaq obyektindədirlər: “Cəmiyyət də Leyla Yunus və onun yolu ilə gedən digərlərini qınayır. Sosial şəbəkələrdə, internet saytlarda onların bu “əməlləri” müzakirə mövzusuna çevrilərək, haqlı olaraq sərt şəkildə qınanılır və tənqid edilir”.
Millət vəkili bu gün Azərbaycan cəmiyyətində Vətənə xəyanətdə ittiham edilən Leyla Yunusun “müdafiəsinə qalxanların” da kimliyinə aydınlıq gətirib: “Bu həmin insanlardır ki, Leyla Yunusun yolunu tutublar. Həm də qorxurlar ki, onlar Leyla və Arif Yunusları müdafiə etməsələr, onların da paxırları açılacaq. Bir daha deyirəm, L.Yunusun və onun həyat yoldaşı Arif Yunusun ermənilərlə qohumluğu, Ermənistan xüsusi xidmət orqanları və erməni lobbisi ilə əlaqələrinə dair çoxsaylı faktlar açıqlanıb. Artıq onların anti-Azərbaycan mövqeyi Azərbaycan cəmiyyətində ifşa olunub. Baxın, erməni mətbuatı daim Leyla Yunusu müdafiə edir, yerli və xarici KİV-lərdə, müxtəlif xarici və beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardır. Sizcə, bu, yetərli fakt deyilmi?”
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

