/ / “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans başa çatıb
“İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans başa çatıb
22.10.2014 [09:41]
Oktyabrın 21-də Bakıda “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans başa çatıb.
AzərTAc xəbər verir ki, tədbirin ikinci günü “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə qadınların səlahiyyətlərinin artırılması” layihəsi üzrə UNDP-Türkiyə təqdimatları olub. Eyni zamanda, İslam ölkələri üçün statistik, iqtisadi, sosial tədqiqat və təlim Mərkəzinin İƏT-ə üzv dövlətlərin qadınlara baxışına dair təqdimatı keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, İƏT-ə üzv olan bəzi dövlətlərdə qadınların səhiyyə, təhsil sahəsində problemləri hələ də qalmaqdadır və bununla bağlı ciddi islahatlara ehtiyac var. Əlbəttə, İƏT-ə üzv ölkələrdə qadınların şəraitinin yaxşılaşdırılması, onların müxtəlif sahələrdə iştirakının təmin edilməsi sahəsində xeyli irəliləyişə nail olunub. Amma bu, kifayət deyil. Qadınların və qızların təhsildən kənarda qalmaları, zorakılıqla üzləşmələri onları siyasi proseslərdən də kənarda qoyur. Qadınların inkişafının təminatı üçün onların təhsilə cəlb edilmələri əsas məsələlərdən biridir. Bu, qadınların özünü yetişdirmələrinə, işlə təmin olunmalarına, həyatın müxtəlif sahələrində onların fəallıqlarının artırılmasına öz töhfəsini verəcək.
Qeyd edilib ki, qadınların inkişafına mane olan əsas məsələlərdən biri də erkən nikahdır. Təəssüf ki, İƏT-ə üzv olan bəzi dövlətlərdə bu sahədə istənilən nailiyyət əldə edilməyib. Qadınların iqtisadi azadlıqlarının olmaması və işsiz qalmaları özü ilə müəyyən psixoloji problemlər gətirir. Sağlam və güclü bir qadın sağlam bir ailə deməkdir. Turizm sahəsində qadınlar üçün daha çox imkanlar var. Gender bərabərliyi sahəsində də islahatlara ehtiyac duyulur.
İdarəetmədə qadınların rolunun artması cəmiyyətdə demokratiyanın inkişafının göstəricisidir.
Bildirilib ki, konfransda qadınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində səslənən təklifləri həyata keçirmək üçün əlavə tədbirlər planı hazırlanmalıdır. Qadınların vəziyyətinin yaxşılaşdırılması üçün siyasi mexanizmlər də tərtib edilməlidir.
Çıxış edənlər əminliklə deyiblər ki, bu konfrans qadınların problemlərinin həllinə öz töhfəsini verəcək. Bütün üzv dövlətlər öz səylərini gücləndirməlidirlər ki, bu çağırışlara cavab verilsin.
İştirakçılar konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Tədbirdə bir sıra təkliflər səslənib, suallar cavablandırılıb.
Konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

