/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni təqdim olunub
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni təqdim olunub
23.10.2014 [10:14]
Oktyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşü olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni təqdim olunub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qubernator Aleksandr Jilkini Heydər Əliyev Fondunda salamlayaraq, Fond ilə Həştərxan vilayətini səmərəli əməkdaşlıq əlaqələrinin birləşdirdiyini deyib. Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Həştərxanda bir sıra iri layihələr reallaşdırdığını qeyd edib. Fondun təşəbbüsü və dəstəyi ilə Həştərxanda Ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 saylı məktəb, uşaq bağçası, “Dostluq” körpüsü, uşaq əyləncə şəhərciyi, knyaz Vladimir abidəsi açılıb. Heydər Əliyev Fondunun prezidenti əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edərək, Azərbaycan və Rusiyanı möhkəm dostluq əlaqələrinin birləşdirdiyini söyləyib. Qeyd edilib ki, siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət və təhsil sahəsində də münasibətlərin genişləndirilməsinə böyük diqqət yetirilir. Birinci xanım Mehriban Əliyeva Fondun layihələrinin Həştərxan vilayətinin qubernatorunun rəhbərliyi ilə həyata keçirildiyini bildirərək, Aleksandr Jilkinə təşəkkür edib.
Heydər Əliyev Fondunda təşkil edilən görüşə görə minnətdarlığını bildirən Aleksandr Jilkin Fondun Həştərxanda reallaşdırdığı layihələrin istiqamətinin düzgün seçildiyini vurğulayıb. Qubernator qeyd edib ki, bu layihələrin hamısı Həştərxan sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.
Həştərxan vilayətinin qubernatoru Azərbaycan diasporunun fəaliyyətindən danışıb, bunun ölkələrimiz arasında mövcud dostluq əlaqələrini bir daha təsdiq etdiyini söyləyib.
Görüşdə Azərbaycan ilə Həştərxan arasında birbaşa aviareysin açılmasının vacibliyinə toxunulub, Həştərxan sakinlərinin Azərbaycanı turist kimi ziyarət etmək arzuları qeyd edilib, Şahdağ, Naftalan kimi kurortların böyük maraq doğurduğu vurğulanıb.
Görüşdə Avropa Oyunlarına hazırlıq məsələləri də müzakirə edilib, Oyunların yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub. Oyunları izləmək üçün Həştərxandan ölkəmizə çoxlu sayda insanların gələcəyi bildirilib. Heydər Əliyev Fondunun xətti ilə Həştərxanda mədəni tədbirlərin keçirilməsinin mümkünlüyü qeyd edilib. Eyni zamanda, Azərbaycan ilə Həştərxan arasında balıqçılıq sahəsində əməkdaşlıq məsələsi diqqət mərkəzində olub, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi ilə birgə biomüxtəlifliyə dair layihənin həyata keçirilməsi müzakirə edilib.
Aleksandr Jilkin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordenini və xatirə hədiyyəsini təqdim edib.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

