Həştərxan vilayəti qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
23.10.2014 [10:24]
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.
AzərTAc xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti oktyabrın 22-də Fəxri xiyabanda xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
Daha sonra Nərimanov rayon İcra Hakimiyyətində nümayəndə heyəti ilə görüş olub.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilə keçirilən görüşdə Azərbaycan və Rusiya arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Həştərxan vilayəti ilə Azərbaycan arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi məsələləri müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri həyata keçirilib və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. A.Fərzəliyev Azərbaycan tərəfindən Həştərxan vilayətində aparılan sosial əhəmiyyətli layihələrin daim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayıb.
Xatırladaq ki, 2010-cu ildə Həştərxan şəhərinin mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olub. Abidənin yerləşdiyi və 3,5 hektar ərazini əhatə edən parkda abadlıq, yenidənqurma işləri aparılıb və sakinlərin istifadəsinə verilib.
Həştərxanda Ulu öndərin adını daşıyan 11 nömrəli orta məktəb 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tam rekonstruksiya olunub, iki yeni korpusu inşa edilib və şagirdlərin təhsilinin lazımi şəkildə təşkili üçün bütün şərait yaradılıb.
2012-ci ildə Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya-Azərbaycan dostluq körpüsünün və Heydər Əliyev adına parkda “Arzu” uşaq-əyləncə şəhərciyinin açılış mərasimləri keçirilib.
2013-cü ildə Həştərxan şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış Müqəddəs Knyaz Vladimirin abidəsinin açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, həmçinin “Arzu” uşaq kafesinin açılışında da iştirak edib.
2014-cü ildə isə Həştərxanda Heydər Əliyev adına 11 nömrəli orta məktəbin nəzdində müasir memarlıq üslubunda inşa edilmiş 140 yerlik yeni uşaq bağçasının Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14

