Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
24.10.2014 [09:33]
Oktyabrın 23-də İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadətin rəhbərliyi ilə nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ikigünlük səfərə gəlib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan Ali Məclisin Sədri Qərbi Azərbaycan Vilayətinin ostandarına muxtar respublikaya səfər etdiyinə görə təşəkkürünü bildirib, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdiyini vurğulayıb.
Qeyd olunub ki, hazırda İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq əlaqələri mövcuddur. 1992-ci ildə Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi Urmiyaya səfəri zamanı əsası qoyulan münasibətlər ötən dövrdə uğurla inkişaf etdirilib. Hazırda mədəniyyət, təhsil, iqtisadiyyat, kənd təsərrüfatı və ticarət sahələrindəki əlaqələrin inkişafı məmnunluq doğurur.
Ali Məclisin Sədri 2011-ci ildə Qərbi Azərbaycan Vilayətinə səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasında İqtisadi və Mədəni Sahələrdə Əməkdaşlıq haqqında Memorandum”un qarşılıqlı əlaqələrin inkişafı üçün real imkanlar açdığını diqqətə çatdırıb, münasibətlərin bundan sonra da dostluq və qardaşlıq müstəvisində inkişaf edəcəyinə inamını ifadə edib.
Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət səmimi görüşə və xoş münasibətə görə minnətdarlıq edib, muxtar respublikaya ötən səfərlərini və Ümummilli lider Heydər Əliyevlə görüşlərini xatırlayıb. Qonaq Naxçıvan Muxtar Respublikasının uğurlu sosial-iqtisadi inkişafının məmnunluq doğurduğunu bildirib, İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini və hər iki tərəfin səyləri ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə və İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak ediblər.
Qərbi Azərbaycan vilayətinin ostandarı Naxçıvana səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, muxtar respublikanın istehsal müəssisələri və görməli yerləri ilə tanış olacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

