“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər edilib
29.10.2014 [10:07]
Siyavuş Novruzov: Bu gün Azərbaycanda bələdiyyələrin kifayət qədər fəaliyyəti var və bu, getdikcə daha da təkmilləşir
Milli Məclisin dünən keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Layihə haqqında parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. Onun sözlərinə görə, qanuna yeni 22-1 və 22-2 maddələri əlavə edilir. Layihəyə əsasən, yeni 22-1-ci (Bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması) maddədə göstərilir ki, bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması onların “Bələdiyyə üzvünün statusu haqqında” qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasından ibarətdir. Bələdiyyə üzvlərinin səlahiyyətləri məhkəmənin qərarı ilə dayandırılır.
Maddədə o da deyilir ki, bələdiyyə üzvlərinin səlahiyyətləri bu qanunun 22-ci maddəsinin 5-6-cı bəndlərində nəzərdə tutulmuş əsaslarla bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəmədə icraata başlandığı tarixdən aşağıdakı müddətə dayandırılır:
- bələdiyyə üzvünün səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra bələdiyyə tərəfindən bu qanunun 23-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyə tərəfindən qərar qəbul edilənədək; iş üzrə məhkəmə icraatına xitam verilməsi barədə məhkəmənin qərarı qüvvəyə minənədək.
Layihədə nəzərdə tutulan daha bir - 22-2-ci (Bələdiyyələrin vaxtından əvvəl buraxılması) maddədə göstərilir ki, Milli Məclis ona bu qanunun 52-2-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq müraciət olduqda və bununla əlaqədar bələdiyyənin hesabatının dinlənilməsi nəticəsində onun fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə, Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.
Müzakirələr zamanı bəzi millət vəkilləri bu layihəni tənqid edərək gündəlikdən çıxarılmasını təklif ediblər. Onlar iddia ediblər ki, bu dəyişikliklər, guya, bələdiyyələrin işini çətinləşdirəcək.
Amma Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, qanuna təklif olunan bu dəyişikliklər yerli özünüidarə orqanlarının maraqlarına uyğundur.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da qanuna edilən dəyişiklikləri dəstəkləyib. O bildirib ki, bələdiyyələr birbaşa əhalinin sosial-məişət problemlərini həll edir: “Gördüyün işlər barədə hesabat verməyin nəyi pisdir? Seçici deyir ki, səni seçmişəm və gördüyün işlər barədə mənə hesabat ver. Parlamentin üzvləri də mütəmadi şəkildə öz seçiciləri ilə görüşür və qəbul olunan qanunlar, eləcə də, görülən işlər barədə seçicilərini agah edir. Vətəndaş probleminin hansı formada həll olunmasını öyrənmək istəyir. Bu da onun haqqıdır. Odur ki, görülən işlər barədə hesabat vermək lazımdır. Bu hesabatlılıqda qorxulu məqamın nə olduğunu hələ də anlaya bilmirəm. Bələdiyyələrin işini müzakirə edənlərin əksəriyyətinin heç bələdiyyələrin statusu barədə məlumatı da yoxdur. Bildiyimiz kimi, bələdiyyələrin məhəllə komitələri var. Həmin komitələr əhali ilə sıx təmasda olmalıdır. Komitələrin işçiləri binalarda, eləcə də həyətlərdə vətəndaşlarla görüşərək onlara hesabat verirlər. Axı bunun nəyi pisdir?”.
S.Novruzov, həmçinin, qeyd edib ki, hazırda bələdiyyələrin statusu ilə bağlı heç bir problem yoxdur: “Bu gün bələdiyyələrin fəaliyyət istiqamətləri ilə bağlı kifayət qədər səlahiyyətləri mövcuddur. İcra başçılarının bələdiyyələrin işlərinə müdaxilə edilməsi ilə bağllı səsləndirilən fikirlər də tamamilə yanlışdır. Bilməyənlərə bir daha xatırlatmaq istəyirəm ki, bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Hər bir siyasi partiya bələdiyyə seçkilərinə namizəd irəli sürə bilər. Hazırda Azərbaycanda 1607 bələdiyyə var”.
S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə namizəd vermək üçün böyük potensialı var. Bir çox üzvlərin namizədliyini irəli sürmək arzusunda olduğunu deyən millət vəkilinin sözlərinə görə, onlara partiyanın qərarına hörmətlə yanaşmaq tövsiyə olunur. “Siyasi partiyalar üçün ən vacib seçkilərdən biri, məhz bələdiyyə seçkiləridir. Amma bir çox partiyaların bu seçkilərdə namizəd irəli sürməsi üçün sosial bazası yoxdur. Onlar yalnız parlament seçkilərində özləri və yaxın ətraflarının namizədliyini irəli sürürlər. Amma bələdiyyə seçkilərində sırf vətəndaşların problemlərini yaxından həll edən şəxslərin namizədliyi irəli sürülməlidir. Bu gün Azərbaycanda bələdiyyələrin kifayət qədər fəaliyyəti var və bu, getdikcə daha da təkmilləşir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50

