/ / BMT-nin İctimai İnformasiya Departamentinin Bakı ofisi AzərTAc ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır
BMT-nin İctimai İnformasiya Departamentinin Bakı ofisi AzərTAc ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır
30.10.2014 [10:02]
Azərbaycan siyasi, iqtisadi cəhətdən dünyada söz, nüfuz sahibi olan ölkəyə çevrilib. Bu da AzərTAc-ın dünya informasiya siyasətini müəyyənləşdirən bir çox nüfuzlu təşkilatların ən fəal üzvlərindən biri olmasına imkan yaradıb.
Bu fikirlər oktyabrın 29-da BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir ilə Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) keçirilən görüşdə səslənib.
Baş direktor Aslan Aslanov AzərTAc-ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, AzərTAc 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılan Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Xəbər Agentliklərinin Dünya Konqresinin və digər nüfuzlu birliklərin fəal iştirakçısıdır. Bu qurumlar çərçivəsində dünyanın aparıcı xəbər agentlikləri, media təşkilatları ilə uğurlu əməkdaşlıq həyata keçirilir. OANA-nın XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin V Konqresi 2016-cı ildə Bakıda eyni vaxtda keçiriləcək və 2019-cu ilədək bu qurumlara AzərTAc sədrlik edəcək.
Dünyamızın çox sürətlə dəyişdiyini, yüksək texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyini söyləyən A.Aslanov bu prosesin mediadan da yan keçmədiyini qeyd edib. Baş direktor bildirib ki, müasir dövrdə ənənəvi media ilə sosial media arasında ciddi rəqabət nəticəsində jurnalistikanın yeni bir sahəsi yaranıb. Sosial media demək olar ki, həyatımızın bütün sahələrinə daxil olur, öz yerini möhkəmləndirir. Xəbər agentliklərinin müasir tendensiyalarla ayaqlaşmasının zəruriliyindən danışan baş direktor AzərTAc-ın sosial medianın imkanlarından geniş istifadə etdiyini diqqətə çatdırıb.
Azərbaycanın 155 ölkənin səsverməsi nəticəsində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu müddətdə quruma iki dəfə sədrlik etməsi, eləcə də Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi diplomatiyamızın uğuru, müstəqillik tariximizdə ən əlamətdar hadisələrdən hesab olunduğu xüsusi vurğulanıb.
AzərTAc BMT-nin müxtəlif qurumları ilə də sıx əlaqələr qurub. Bu barədə məlumat verən baş direktor 2009-cu ildə agentliyin və UNESCO-nun Moskva bürosunun birgə təşkilatçılığı ilə “Müasir iqlim dəyişmələri və Azərbaycan” mövzusunda seminarın keçirildiyini buna misal göstərib. Qeyd edib ki, UNESCO-nun, həmçinin BMT-nin digər qurumları ilə birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılır.
Azərbaycanda gedən sürətli inkişafdan məmnunluğunu ifadə edən Mahir Nasir Bakıya Gənclər siyasəti üzrə birinci qlobal forumda iştirak etmək məqsədilə gəldiyini söyləyib. Gənclərlə iş, ümumiyyətlə gənclərin cəmiyyətdəki rolunun artırılmasının BMT-nin prioritetlərinə daxil olduğunu bildirən Mahir Nasir Azərbaycan hökumətinin qlobal gənclər siyasətini daim dəstəkləməsini sevindirici hal kimi dəyərləndirib.
Mahir Nasir BMT-nin Azərbaycandakı nümayəndəliyinin keçirdiyi bütün tədbirlərin AzərTAc tərəfindən operativ və geniş işıqlandırılmasından razılığını bildirib. O, BMT-nin İctimai İnformasiya Departamentinin Bakı ofisinin fəaliyyətinin canlandırılması üçün AzərTAc ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyindən də bəhs edib. Əməkdaşlığın genişləndirilməsi ideyası baş direktor tərəfindən məmnunluqla qarşılanıb və dəstəklənib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27

