Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı münasibətilə rəsmi qəbul təşkil edilib
31.10.2014 [09:59]
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 91-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Türkiyənin Naxçıvandakı baş konsulu Əli Rza Akıncı qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubunu oxuyub, türk xalqının istiqlal mübarizəsindən və cümhuriyyətin 91 illik şanlı tarixindən danışıb. Qeyd olunub ki, ötən əsrin əvvəllərində Mustafa Kamal Atatürkün rəhbərliyi ilə həyata keçirilən azadlıq mübarizəsi nəticəsində türk xalqı öz müstəqilliyini qazanıb, demokratik, hüquqi və dünyəvi Türkiyə dövləti yaradılıb. Dünyada etibarlı tərəfdaş kimi tanınan Türkiyə dost və qardaş Azərbaycanla əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Ölkələrimiz arasındakı əlaqələrin xalqlarımızın etnik-mədəni mənşəyi və tarixi keçmişi ilə sıx bağlı olduğunu bildirən baş konsul qarşılıqlı inam və etibar, strateji müttəfiqlik zəminində uğurla davam etdirilən bu münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikasının rolunu xüsusi vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin Karaman əyalətindəki kömür şaxtasında baş vermiş uçqunla bağlı dərin təəssüfünü bildirib.
91 il bundan əvvəl qəhrəman türk xalqının müstəqilliyini bütün dünyaya bəyan etdiyini və istiqlaliyyət qazandığını bildirən Ali Məclisin Sədri tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını müstəqillik bayramı münasibətilə təbrik edərək deyib: “Qardaş Türkiyənin müstəqillik bayramı hər il ölkəmizdə də təntənə ilə qeyd olunur. Ona görə ki, soykök, milli və ortaq dəyərlərə söykənən qardaşlığımız möhkəm təməl üzərində qurulub. Bu təməlin əsasını ötən əsrin əvvəllərində Türkiyənin milli lideri Mustafa Kamal Atatürk, həmin əsrin sonunda isə xalqımızın Ümummilli lideri Heydər Əliyev qoymuş, əlaqələrimiz inkişaf edərək “bir millətin iki dövləti” səviyyəsinə yüksəlmişdir. Bu amil hər iki qardaş xalq arasındakı sarsılmaz əlaqələrin əsasını təşkil edir. Türkiyə Cümhuriyyətinin keçdiyi inkişaf yolu, qazandığı nailiyyətlər bizdə böyük məmnunluq doğurur”.
Ali Məclisin Sədri xalqlarımız arasında möhkəm və sarsılmaz təməl üzərində qurulan əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib, çıxışını Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin mahiyyətini ifadə edən müdrik fikirləri ilə tamamlayıb: “Azərbaycan və Türkiyə xalqlarının qardaşlıq, dostluq əlaqələri, milli ənənələrin eyni kökdən olmaları bu gün bizim üçün həm örnəkdir, həm də bu günümüz və gələcəyimiz üçün çox böyük əsasdır”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

