/ / Seymur Orucov: Ümidvarıq ki, səhvlərini dərk edən gənclər bundan sonrakı fəaliyyətlərini ölkəmizin inkişafı istiqamətində quracaqlar
Seymur Orucov: Ümidvarıq ki, səhvlərini dərk edən gənclər bundan sonrakı fəaliyyətlərini ölkəmizin inkişafı istiqamətində quracaqlar
01.11.2014 [12:42]
“Azərbaycan gənc dövlət olaraq, hər bir vətəndaşının hüquq və azadlıqlarının qorunub, təmin edilməsində maraqlıdır. Vətənini sevən hər bir gəncimiz də bizim üçün əzizdir. Lakin, əfsuslar olsun ki, bu gün ölkədaxili antimilli fəaliyyətlə məşğul olan bəzi şəxslər öz çirkin məqsədlərinə nail olmaq üçün ölkəmizin sabahı olan gəncləri riyakar siyasətlərinin qurbanına çevirərək, onlardan istifadə edirlər”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.
S.Orucov bildirib ki, xaricdən siyasi sifariş almış bu kimi dairələrin təsiri altına düşən gənclərin sayı çox deyil. Bununla belə, o hesab edir ki, ümumiyyətlə, heç bir Azərbaycan gənci bu kimi - xaricdən ölkəmizi istəməyən qüvvələr tərəfindən maliyyələşən təşkilatlara qoşulmamalıdır. YAP Gənclər Birliyinin sədrinin fikrincə, bu, həm Azərbaycanın dövlətçilik prinsiplərinə ziddir, həm də həmin gənclərin gələcək inkişafı üçün maneədir: “Ölkəmizdə geniş vüsət alan gənclər siyasəti hər bir gəncimizi əhatə etməklə, bütün dünyaya nümunə ola biləcək bir modeldir. Bunu dünyanın aparıcı dövlətlərinin gənclik qurumları da təsdiq edir. Ona görə də, Azərbaycan gəncləri ölkəmizdə gənclər üçün yaradılan bu şəraiti lazımınca qiymətləndirməli, onlara göstərilən inam və etimadı doğrultmalıdırlar. Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ölkə başçısının humanizm siyasətinin göstəricisidir. Müxtəlif dırnaqarası təşkilatların təsiri altına düşüb, fəaliyyət göstərən gənclərin bəziləri səhvlərini dərk ediblər. Və bunun nəticəsidir ki, artıq “Nida” adlanan təşkilatın əfv olunmuş gənclərindən biri Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edib. Həmin gənclərin səhvlərini başa düşərək, bu tip addımlar atması onun nəticəsidir ki, bir vaxtlar onların özlərinin belə inkar etdiyi ölkəmizdəki inkişaf, tərəqqi artıq həmin gənclər tərəfindən də etiraf edilməyə başlanıb. Və biz ümidvarıq ki, azadlığa çıxan bu gənclər kimi, onların digər yoldaşları da səhv yolda olduqlarını anlayıb, bundan sonrakı fəaliyyətlərini ölkəmizin inkişafı istiqamətində quracaqlar”, - deyə S.Orucov vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50

