Legatum Institute: Azərbaycan Cənubi Qafqazın ən firavan ölkəsidir
05.11.2014 [09:48]
Britaniyanın məşhur “Legatum Institute” analitik mərkəzi 2014-cü il üçün dünya ölkələrinin firavanlıq reytinqini (2014 Prosperity Index) tərtib edib. Azərbaycan həmin reytinq siyahısında 79-cu yeri tutub.
Keçən il üzrə müvafiq göstəricilərlə müqayisədə Azərbaycan reytinq cədvəlində iki pillə, son iki ildə isə 15 pillə irəliləyərək 2012-ci ildəki 94-cü yerdən 2014-cü ildə 79-cu yerə qalxıb.
Bu, Cənubi Qafqaz ölkələri arasında ən uğurlu dəyişiklikdir. Belə ki, eyni dövrdə Ermənistanın müvafiq göstəriciləri cəmi 3 pillə, Gürcüstanın göstəriciləri isə 13 pillə irəliləyib.
Ayrı-ayrı göstəricilərə gəlincə, Azərbaycan iqtisadiyyatın vəziyyətinə görə 65-ci və sahibkarlıq fəaliyyəti imkanları baxımından 67-ci yerə qalxıb.
“Legatum Institute” ekspertləri Azərbaycanda təhsilin vəziyyətini ölkəmizin reytinqi ilə müqayisədə bir qədər aşağı qiymətləndirirlər: bu göstərici üzrə Azərbaycan dünyada 83-cü yeri tutur.
Azərbaycan təhlükəsizlik və sosial kapital göstəriciləri üzrə müvafiq olaraq 75-ci və 77-ci yerdədir. Aparılmış rəy sorğusu nəticəsində məlum olub ki, respublikada vəziyyət sabitlik baxımından yaxşıdır. Belə ki, “Keçən il siz hücuma məruz qalmısınızmı” sualına rəyi soruşulanların cəmi 0,6 faizi təsdiq cavabı verib (2010-cu il üçün orta statistik göstərici 7,5 faiz olub). Azərbaycanda “Gecə vaxtı tək gəzərkən özünüzü təhlükəsiz hiss edirsinizmi” sualına rəyi soruşulanların 73,1 faizi “bəli” cavabı verib (2013-cü il üçün orta statistik göstərici 61,5 faiz olub).
Azərbaycanda seçkilərin obyektivliyinə əhalinin əminlik göstəriciləri də yüksəkdir (orta statistik rəqəmlər 49,9 faiz olduğu halda, Azərbaycan üzrə bu göstərici 60,3 faizə bərabərdir). Eyni sözləri əhalinin hökumətə etimad səviyyəsi barədə də demək olar (orta statistik rəqəmlər 51,7 faiz olduğu halda, Azərbaycan üzrə bu göstərici 84,3 faizə bərabərdir).
Bu indeksin əhatə etdiyi 142 dövlətin əhalisi dünya əhalisinin 96 faizini, bu ölkələr üzrə ümumi daxili məhsul isə dünya üzrə ÜDM-in 99 faizini təşkil edir.
“Legatum” İnstitutunun hesabladığı tərəqqi indeksi Britaniyadakı dünya ölkələrində tərəqqi baxımından qazanılmış nailiyyətləri hesablayan “The Legatum Institute” analitik mərkəzinin kombinə edilmiş göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

