Şarl Aznavur türklərdən “Qızıl çinar ağacı” mükafatını aldı...
05.11.2014 [09:55]
...Və müsahibəsində ermənilərə tərş sillə çəkdi
Şarl Aznavur: Məni siyasi qalmaqallara çəkmək, erməni diasporunun içindəymişəm kimi göstərmək, Türkiyə üçün özlərinin dediklərini mənim adımdan vermək, məndən istifadə edərək soyqırım mübahisəsini təkrar-təkrar gündəmə gətirməyə çalışmaq əxlaqa zidd davranışdır
Erməni əsilli fransalı musiqiçi, Ermənistanın İsveçrədəki səfiri və bu ölkənin BMT yanında daimi nümayəndəsi Şarl Aznavur Türkiyənin İzmit şəhərində təsis olunan “Qızıl çinar ağacı” mükafatına layiq görülüb. “News.am” saytının məlumatına görə, mükafatı sahibinə Türkiyənin “Posta” qəzetinin müxbiri Erkan Ozerman təqdim edib.
Şarl Aznavur “Posta” qəzetinə müsahibəsində bildirib ki, əgər anası bu mükafatın ona həmvətənliləri tərəfindən verildiyini görə bilsəydi özünü çox xoşbəxt hesab edərdi.
O, qeyd edib ki, 1924-cü ildə anadan olmuş, anası Türkiyənin İzmit şəhərindəndir, atası isə gürcü olub. Onlar sonradan Fransaya gəliblər. Bundan başqa, Ş.Aznavur müsahibəsində erməniləri pəjmürdə edəcək bir çox maraqlı məqamlara toxunub: “Erməni əsilli türk düşməni - bu cümlənin kimlər tərəfindən yayıldığını bilməsəm də, məni çox yaralayır. Bu çox narahatedici, təhqiredici bir ifadədir. Osmanlı dönəmindəki köhnə dəftərləri açıb, o acının yaşandığı dövrdə hələ qurulmamış olan Türkiyə Cümhuriyyətini ittiham etmək, çox uzaqda qalan yaraları deşmək kimə nə fayda verər? Məni siyasi qalmaqallara çəkmək, erməni diasporunun içindəymişəm kimi göstərmək, Türkiyə üçün özlərinin dediklərini mənim adımdan vermək, məndən istifadə edərək soyqırım mübahisəsini təkrar-təkrar gündəmə gətirməyə çalışmaq əxlaqa zidd davranışdır”, - deyə fransalı musiqiçi bildirib.
Ş.Aznavur bəzi türklərin buna inanaraq onu düşmən hesab etməsindən çox təəssüfləndiyini də deyib: “Ötən il bir ifadə işlətmişdim - “türklər soyqırım sözündən çox inciyirlər”. Diaspora yeri yerindən oynatdı. Mənə demədikləri qalmadı”.
O, daha sonra, nə üçün qondarma “soyqırımı” məsələsində daimi adının hallandığını da dərk etmədiyini bildirib. Ş.Aznavur sözlərinə görə, Fransada doğulub, böyüyüb, mahnılarını fransız dilində yazıb, fransız dilində oxuyub və danışıb. Dünyanın hər yerində fransız olaraq tanınır: “Çünki Fransa vətəndaşıyam. Baş verən hadisələrə də siyasi baxışdan deyil, insani mövqedən yanaşmışam. Məni ciddi iqtisadi problemləri olduğu üçün ölkəsini tərk etməyə məcbur olan ermənilər və getdikcə vətəndaşları azalan Ermənistan maraqlandırır. Ermənistanın həm Türkiyə, həm də Azərbaycan ilə sərhədlərini açması lazımdır. Qonşularla dost olunmalı, kin və qəzəb unudulmalıdır. Ermənistan böyük dövlətlərdən gələn yardımlarla, xüsusilə əksəriyyəti silah olan bu yardımlarla xoşbəxt ola bilməz. Bu silahlar sülh içində yaşamanın qarantı deyil”.
Müxbirin “Fransanın dünyada ən çox tanınan və hörmət edilən sənətçisisiniz...” sualı tamamlanmamış Aznavur gülərək “Anamın ölkəsi Türkiyədə yaşasaydım ən məşhur türk sənətçisi olacaqdım. Qismət...”, deyə cavab verib.
Ermənistanın İsveçrədəki səfiri ailəsi haqqında da danışıb. O, bildirib ki, həyat yoldaşı isveçli və protestan, özü türk-gürcü əsilli fransız və qriqoryan, qızı əlcəzairli ilə ailə qurub və o ailə müsəlman, digər övladı isə yəhudidir.
“Türkləri çox sevirəm, vicdanlı insanlardır. Türkiyədə 100 mindən çox erməni qaçaq olaraq yaşayır və işləyir, pul qazanıb ailəsinə yollayır. Ankara istəsə 100 min ermənini 24 saatda tapıb deportasiya edə bilər. İndi Ermənistanın Türkiyəyə ehtiyacı var. Ermənistanın rifahı üçün sərhəd açılmalıdır”, - deyə Şarl Aznavur vurğulayıb.
SƏlim
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

