“Əli Kərimlinin təxribat planı baş tutmadı”
12.11.2014 [09:55]
Siyavuş Novruzov: “Milli şura”nın keçirdiyi piket deyil, bir qrup insanın çox biabırçı yığıncağı idi
“Milli şura”nın keçirdiyi piket deyil, bir qrup insanın çox biabırçı, aşağı səviyyəli yığıncağı idi. Orada çox az adam vardı. Əksəriyyəti də hüquq-mühafizə orqanlarının əməkdaşları və jurnalistlər idi”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Milli şura”nın noyabrın 9-da keçirilən mitinqinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, mitinqdə səslənən fikirlər yalan və böhtandır.
S.Novruzov mitinqdə eyni adamların iştirak etdiyini deyib: “Bir qrup insan toplaşıb, bir il bundan qabaq nə demişdilərsə, hansı şüarlarla gəlmişdilərsə, elə də çıxış elədilər. İstər çıxışçıların, istərsə də iştirakçıların səviyyəsi o qədər aşağı idi ki, adam baxanda xəcalət çəkirdi. Bunlar elə bil Aydan gəliblər və bu cəmiyyətdə yaşamırlar. Mitinqdəki insanların sayı ona görə az olub ki, onları hamı tanıyır. Bilirlər ki, bunlar ikiüzlü, riyakar və satqın insanlardır. Müəyyən dairələrin, erməni lobbisinin vəsaitləri hesabına gəlib mitinq edirlər”.
S.Novruzov “Milli şura”nın sədri Cəmil Həsənovu da ittiham edib: “Cəmil Həsənli deyir ki, parlament legitim deyil. Sən 10 il parlamentdə olanda legitim idi, indi nə oldu? Təhsil Nazirliyinin bütün kollegiyalarında mədhiyyə deməkdən ötrü söz istəyən Cəmil Həsənli bu gün təhsil sistemini tənqid edir. 5-6 nəfər iqtisadiyyatdan xəbəri olmayan gəlib indi iqtisadiyyatdan danışır”.
“Trend”-ə açıqlamasında isə YAP İcra katibinin müavini bildirib ki, “Milli şura”nın 9 noyabr mitinqini ümumiyyətlə mitinq adlandırmaq olmazdı, çünki həm məqsədi, həm təşkilati işləri, həm forması, həm çıxışların üslubu, o cümlədən digər məsələlər yalnız ara qarışdırmaq üçün hesablanmış bir tədbir idi.
Onun sözlərinə görə, “Milli şura”nın toplantısı, guya, Azərbaycanda insan hüquqlarının pozulmasının Avropanın ayrı-ayrı dairələri tərəfindən qabardılması üçün, onlara bir dəstavüz vermək üçün sifarişlə həyata keçirilən bir aksiya idi: “Məhz buna görə də insanlar bunların hansı məqsədə xidmət etməsini görərək burada iştirakdan imtina etdilər. İnsanlar bunların satqın, riyakar, ikiüzlü olduqlarını, Vətənə xəyanət etdiklərini görüb, bunların müdafiə etdiyi şəxsləri analiz edərək ortaya çıxarıblar ki, bunlar ermənini müdafiə edirlər. Azərbaycanın iki fədakar oğlu öz dədə-baba yurdunun ziyarətinə getdiyi zaman həbs olunub onlar üzərində qondarma məhkəmə qurulduğu bir vaxtda bunlar Azərbaycanda oturub Azərbaycanın hərbi sirlərini satan ermənini müdafiə edirlər. Hansı azərbaycanlı o mitinqə gedə bilərdi? Təbii ki, heç kim”.
Millət vəkili bildirib ki, digər tərəfdən, toplantıda dövlət əleyhinə, insanlar əleyhinə təhqiramiz fikirlər səsləndirərək təxribat yaratmağa çalışırdılar: “Amma hüquq-mühafizə orqanları dözümlülük göstərərək bunların təxribatına getmədi. Əli Kərimli planlaşdırmışdı ki, orada qarşıdurma olmalıdır, bir neçə adam döyülməli, tutulmalıdır. Avropada gözləyirdilər ki, həmin təxribatları çəkib göndərsinlər və müxtəlif qurumlara paylasınlar. Lakin onların qurduğu bu təxribat baş tutmadı”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

