ABŞ konqresmenləri Prezident Barak Obamanı Azərbaycanı dəstəkləməyə çağırıblar
27.11.2014 [09:50]
ABŞ Konqresinin üzvləri El Qrin, Leonard Lans, Mayk Fitspatrik, Pit Qalleqo və Skott Perri Prezident Barak Obamaya məktublarla müraciət edərək Azərbaycanı dəstəkləməyə çağırıblar.
AzərTAc xəbər verir ki, konqresmenlər ABŞ-ın Azərbaycan ilə tərəfdaşlığını davam etdirməsinin çox vacib olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri strateji baxımdan önəmli bir regionda Birləşmiş Ştatların sınanmış və vacib müttəfiqidir. Bildirilib ki, ABŞ-ın xarici siyasətinin təhdidlərlə üzləşdiyi bir məqamda bu ölkənin öz müttəfiqlərinin dostluğuna və dəstəyinə ehtiyacı var. ABŞ Avropa və Asiya arasında əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan ilə terrorizmə qarşı mübarizədən enerji təhlükəsizliyinin təmininə qədər müxtəlif sahələrdə güclü tərəfdaşlıq qurub. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş hadisələrdən sonra Azərbaycan terrorizmə qarşı qlobal mübarizədə rəsmi Vaşinqtona köməyini təklif edən ilk ölkələr arasında olub.
Məktublarda Azərbaycanın ABŞ-ın və NATO-nun Əfqanıstanda və İraqda həyata keçirdiyi əməliyyatlara hərtərəfli dəstək göstərdiyi, bu ölkənin Alyansın “Sülh naminə Tərəfdaşlıq” Proqramının fəal iştirakçısı olduğu diqqətə çatdırılıb.
Konqresmenlər bildiriblər ki, regionda ABŞ-ın təhlükəsizlik maraqlarını dəstəkləyən, qlobal enerji təhlükəsizliyində vacib tərəfdaş olan Azərbaycanın rəsmi Vaşinqton ilə əlaqələri Xəzərin enerji resurslarının Amerika şirkətləri tərəfindən işlənməsi ilə daha da möhkəmlənib. Onlar bu baxımdan 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətini xüsusi qeyd ediblər. Vurğulanıb ki, “Bakı-Tbilisi-Ceyhan” neft kəməri Xəzərin karbohidrogen ehtiyatlarının ABŞ-ın Avropadakı müttəfiqlərinə çatdırılması, Cənubi Qafqaz regionunun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Konqresmenlər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verəcək “Cənub” qaz dəhlizinin reallaşmasında da Azərbaycanın mühüm səylərini qeyd ediblər. Bildiriblər ki, bu layihənin həyata keçməsi ilə Azərbaycan ABŞ-ın Avropadakı müttəfiqlərinin təbii qazla təchizatında əsas rol oynayacaq.
Məktublarda Azərbaycanın iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olduğu, ümumi daxili məhsulun artdığı, Cənubi Qafqazın iqtisadiyyatının 80 faizini bu ölkənin iqtisadiyyatının təşkil etdiyi, yoxsulluğun səviyyəsinin 5 faizə düşdüyü diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından biridir.
Azərbaycanın qədim etnik və dini tolerantlıq tarixinin olduğunu bildirən konqresmenlər əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi bu dünyəvi ölkədə əsrlərdir xristian və yəhudi icmalarının sülh şəraitində yaşadıqlarını qeyd ediblər. Konqresmenlər ekstremizmə qarşı mübarizədə də ABŞ-ın vacib tərəfdaşı olan Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün nümunə kimi səciyyələndiriblər.
Konqres üzvləri Prezident Barak Obamanı ABŞ ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə dəstək verməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

