Beynəlxalq elmi konfransda təhsildə mənəvi-əxlaqi dəyərlər müzakirə edilib
06.12.2014 [12:06]
Dekabrın 5-də Bakıda Təhsil Problemləri İnstitutu (TPİ), Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması” mövzusunda Beynəlxalq elmi konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan ilə yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Latviyadan olan tanınmış alimlər iştirak edirlər.
Konfransın açılışında TPİ-nin direktoru Qulu Novruzov çıxış edərək Azərbaycan təhsil sistemində aparılan islahatlardan, təhsilimizin inkişafı və dünya təhsil sisteminə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycan təhsili dünya təhsilinin bir hissəsidir: “Təhsilimizin dünyanın qabaqcıl ölkələrinin təhsili səviyyəsinə çatdırılması üçün respublikamızda müəyyən işlər görülür. Bu gün ən vacib məsələlərdən biri gənc nəslin tələb olunan səviyyədə yetişdirilməsidir. Konfransın keçirilməsinin məqsədi də təhsil alanların mənəvi-əxlaqi inkişafı və şəxsiyyət kimi formalaşması sahəsində müasir meyillər, qabaqcıl təcrübənin mübadiləsi və Azərbaycan təhsilinə inteqrasiyasıdır.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırkı yeni çağırışlar və qloballaşma dövründə bilikli, yüksək dünyagörüşlü və mənəvi cəhətdən sağlam gənclərin formalaşması mürəkkəb problemlərdəndir: “Müəllim tədris prosesində ən vacib simadır, onun üzərinə gənc nəsli bilikli və savadlı yetişdirmək kimi məsul bir vəzifə düşür. Bu gün nəinki bilikli, eyni zamanda mənəvi cəhətdən saf, tərbiyəli vətəndaş formalaşdırmalıyıq. Çünki ölkənin qarşısında duran çox mühüm vəzifələri gələcəkdə məhz bu gənclər həyata keçirəcəklər”.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və başqaları çıxış edərək cəmiyyətin inkişafında təhsilin rolundan, təhsildə mənəvi-əxlaqi dəyərlərin əhəmiyyətindən söz açıblar.
Konfransda Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyevin “Cəmiyyətin əxlaqi siması və şəxsiyyətin əxlaq şüurunun təşəkkülü”, professor Hikmət Əlizadənin “Şəxsiyyət və təhsil: problemlər, perspektivlər”, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmovun “Humanistləşdirmə Azərbaycan təhsilini modernləşdirmənin mühüm prinsipi kimi”, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü, professor Şalva Amonaşvilinin “Müəllim, mənəvi gözəlliyin yolunu göstər” və digər mövzularda məruzələr dinlənilib.
Konfrans dekabrın 6-da başa çatacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

