Binəqədi rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
12.12.2014 [09:59]
Xaləddin İsgəndərov: Ulu öndər Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına, Vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir
Dünən Binəqədi rayon İcra Hakimiyyətində xalqımızın Ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, gənclər, hərbi qulluqçular və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısındakı abidəsinin önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər. Binəqədi rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbir Ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Anım mərasimində çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov Ulu öndərin Azərbaycan üçün göstərdiyi xidmətlərdən bəhs edib. “Heydər Əliyevin misilsiz xidmətləri gələcək nəsillərə böyük örnəkdir”, - deyən natiq, həmçinin, Ümummilli liderin 1990-cı illərdə Azərbaycanı vətəndaş müharibəsindən xilas etməsindən, ölkəmizi, dünya arenasında tanıdılması sahəsindəki xidmətlərindən danışıb.
Çıxış edən millət vəkili Rafael Cəbrayılov Ümummilli liderin dövlət quruculuğu sahəsində reallaşdırdığı və uğurlu nəticələrindən bu gün də bəhrələndiyimiz işləri diqqətə çatdırıb. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq.
Çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, müasir Azərbaycanın qurulmasındakı rolu, ölkəmizin daxili və xarici siyasətinin təməlinin qoyulmasında və inkişafında əvəzolunmaz fəaliyyəti barədə məlumat verib. Xaləddin İsgəndərov bildirib ki, dünyanın görkəmli siyasi xadimlərindən olan Ulu öndər Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına, Vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir.
“Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları 1993-cü ildən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi, qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində yaradılıb”, - deyən Xaləddin İsgəndərov əlavə edib ki, Heydər Əliyev ölkədə yaranmış vəziyyəti hərtərəfli və düşünülmüş şəkildə qiymətləndirərək hakimiyyət boşluğunun aradan qaldırılması, separatçılıq təhlükəsinin və silahlı quldur dəstələrinin ləğv edilməsi, döyüş qabiliyyətli ordu yaradılması kimi məsələlərin həlli naminə bütün Azərbaycan cəmiyyətini sıx birləşdirməyə və səfərbər etməyə nail olub. Dünyanın tanınmış neft şirkətləri ilə aparılan danışıqların nəticəsində, 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” imzalanıb, bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası yaradılıb. Hazırda Azərbaycanda hər bir sahədə inkişafın getdiyini deyən Xaləddin İsgəndərov əlavə edib ki, bütün bu nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Bədii hissə ilə davam edən tədbirdə respublikanın Xalq artisti İlham Əsgərovun ifasında Ümummilli liderə həsr olunmuş şeirlərdən ibarət bədii kompozisiya təqdim edilib.
Anım tədbiri “Liderlik missiyası” videoçarxının nümayişi ilə yekunlaşıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49

