AzərTAc və Anadolu Agentliyi əməkdaşlığı daha da genişləndirir
12.12.2014 [10:13]
AzərTAc və Anadolu Agentliyi əməkdaşlığı daha da genişləndirməklə bağlı müqavilə imzalayacaq.
Bununla əlaqədar məsələlər Türkiyənin Anadolu Agentliyinin baş direktor müavini Əbubəkr Şahin və AzərTAc-ın baş direktoru Aslan Aslanovun görüşündə müzakirə olunub.
Baş direktor Aslan Aslanov görüşdə bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən indiyədək AzərTAc və Anadolu Agentliyi əlaqələrini daim yaxşılaşdırmaq istiqamətində irəliləyib. Dost və qardaş ölkələrimizin bu aparıcı xəbər agentlikləri beynəlxalq media təşkilatlarında daim bir-birini dəstəkləyir.
Anadolu Agentliyinin Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının 2016-cı ildə AzərTAc-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarların qəbul edilməsinə dəstək verdiyi vurğulanıb.
Qeyd edilib ki, AzərTAc da beynəlxalq qurumlarda Anadolu Agentliyini daim dəstəkləyir və qardaş ölkənin milli xəbər agentliyi ilə əməkdaşlıqdan məmnunluq duyur.
Anadolu Agentliyinin baş direktor müavini Əbubəkr Şahin AzərTAc-ın beynəlxalq əlaqələrdə uğurlarını daim izlədiklərini, qardaş ölkənin xəbər agentliyi ilə əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını vurğulayıb. AzərTAc-ın və Anadolu Agentliyinin Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş birgə fotosərgi keçirməsini yüksək qiymətləndirən baş direktor müavini agentliklər arasında texniki, informasiya mübadiləsi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
Görüşdə Anadolu Agentliyinin rəhbərləri gələn ilin martında Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçiriləcək iclasına və AzərTAc-ın 95 illik yubileyinə dəvət edilib. Həmçinin həmin ərəfədə hər iki agentlik arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənədin imzalanması ilə bağlı razılıq əldə olunub. Tərəflər, eyni zamanda, Türkdilli Xəbər Agentlikləri Təşkilatının işinin fəallaşdırılması ətrafında fikir mübadiləsi də aparıblar.
Görüşdə Anadolu Agentliyinin xarici əlaqələr şöbəsinin müdiri Ercan Göçer və agentliyin Bakı bürosunun rəhbəri Tolqa Özgenc iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

