/ / Siyavuş Novruzov: Heydər Əliyev ideyaları Azərbaycan xalqının, dövlətinin inkişafında və ədəbi olmasında öz töhfələrini uzun illər verəcək
Siyavuş Novruzov: Heydər Əliyev ideyaları Azərbaycan xalqının, dövlətinin inkişafında və ədəbi olmasında öz töhfələrini uzun illər verəcək
12.12.2014 [10:14]
“Hər bir xalqın tarixində onun inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Azərbaycan xalqı da bu baxımdan tarixi şəxsiyyətlər yetişdirib. Bu mənada Ümummilli liderimiz Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi xalqımızın taleyində mühüm tarixi mərhələnin başlanğıcı oldu. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, dünyamiqyaslı ictimai-siyasi xadim, Ulu öndərimiz Heydər Əliyev bütün həyatını xalqının nicatına həsr edib, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, dövlət müstəqilliyinin daimi və dönməz olmasını təmin edib”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının tərəqqi və inkişaf dövrü başladı. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması və s. yöndə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Sovet ideologiyasının ziyanlı təsirləri nəticəsində öz milli kimliyini unutmaq təhlükəsi ilə üz-üzə qalmış insanları tədricən milli ideyalar ətrafında səfərbər etdi. S.Novruzovun fikrincə, O, Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri sosial-iqtisadi əsasları, infrastruktur təminatını, milli kadr potensialını formalaşdırdı: “İnsanlarımıza milli dövlətçilik düşüncəsi aşıladı. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başladı. Ölkə üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə 1969-1982-ci illər arasında və daha sonralar minlərlə azərbaycanlı gənc məhz Heydər Əliyevin təşəbbüsü əsasında SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa göndərildi. Bütün bunlar Sovet Azərbaycanına rəhbərliyi dövründə Ulu öndərin siyasi iradəsi əsasında görülmüş işlərin yalnız məhdud bir hissəsidir və bütün bunların 80-ci illərin sonlarına doğru Azərbaycanın istiqlal mübarizəsi tarixinin hərəkətverici qüvvəsi rolunda çıxış etdiyi qətiyyən şübhə doğurmur”.
Siyavuş Novruzov bildirib ki, Ulu öndər təsdiq etdi ki, millətə, xalqa xidmət etmək baxımından, dövrün fərqi yoxdur. Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu.
“Heydər Əliyevin ideyaları Azərbaycan xalqının, dövlətinin inkişafında və ədəbi olmasında öz töhfələrini uzun illər verəcək. Hər bir Azərbaycan vətəndaşı bugünkü inkişafa və müstəqilliyimizin əbədi olmasına görə Ulu öndərimiz Heydər Əliyevə həmişə minnətdardır. Bu gün yeni nəsil Heydər Əliyevin zəngin irsini öyrənir və Onun ideyaları əsasında öz gələcəklərini müəyyənləşdirir. Bu gün ölkəmizin bütün guşələrində Ulu öndərimiz anılır. Bu, böyük öndərimizə olan xalqın böyük ehtiramının parlaq ifadəsidir”, - deyən YAP İcra katibinin müavini qeyd edib ki, bu gün Ulu öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev cənabları Azərbaycanı getdikcə daha da çiçəklənən bir dövlətə çevirir.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52

