/ / Bahar Muradova: Azərbaycanın hansı sahədə inkişafına baxırıqsa, orada Ulu öndər Heydər Əliyevin izini, rolunu, xidmətlərini görürük
Bahar Muradova: Azərbaycanın hansı sahədə inkişafına baxırıqsa, orada Ulu öndər Heydər Əliyevin izini, rolunu, xidmətlərini görürük
12.12.2014 [10:15]
“Bu gün Azərbaycanın qazandığı nailiyyətlərin əldə olunması, müasir Azərbaycanın ərsəyə gəlməsi, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Ulu öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır. Azərbaycan dövləti heç zaman indiki qədər möhkəm, inkişaf etmiş və müstəqil olmayıb. Bu, Ulu öndər Heydər Əliyevin arzusu, məqsədi, həyatının mənası idi”. Bu fikirləri Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova deyib.
B.Muradova Ümummilli lider Heydər Əliyevin ömrünü həsr etdiyi Azərbaycan xalqının istək və arzularının bu gün çiçəkləndiyini və inkişaf etdiyini qeyd edib: “Bu, hər birimizi sevindirir və bu günə hansı yollardan, mərhələlərdən keçərək gəldiyimizi düşündürür, məsuliyyət hissimizi artırır. Ulu öndər həmişə söyləyirdi ki, müstəqillik əldə etmək onu qorumaqdan asandır və ya müstəqilliyi qorumaq onu əldə etməkdən çətindir. İllər ərzində Onun dediyi bu fikirlərin əsl mənasına və məzmununa bir daha əmin olduq ki, müstəqilliyi elan etmək onun ən asan tərəfi imiş. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursla, məhz Onun iştirakı və rəhbərliyi ilə Azərbaycan dövləti ayağa durdu, öz müstəqilliyini möhkəmləndirdi, inkişaf etdi. Ulu öndər hər bir Azərbaycan vətəndaşı üçün rifah içərisində olan demokratik cəmiyyət yaratdı. Azərbaycanın hansı sahədə inkişafına baxırıqsa, orada Ulu öndər Heydər Əliyevin izini, rolunu, xidmətlərini görürük”.
Vitse-spiker bildirib ki, bugünkü nəslin borcu Ümummilli lider Heydər Əliyevin tövsiyələrinə əməl etməklə Azərbaycanı daha da inkişaf etdirmək, inkişaf etmiş ölkələr sırasına çıxarmaq, onun müstəqilliyinə xələl gətirəcək hər hansı bir hərəkətin qarşısında bir xalq, dövlət, güc olaraq dayanmaqdır.
“Bu gün Ulu öndər Heydər Əliyevin siyasi ideyalarını, arzularını, dövlət quruculuğu prosesini çox böyük uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti də aydın şəkildə görünür. Sevinirik ki, bu gün qətiyyətli, xarizmatik, cəsarətli, dünya proseslərindən düzgün baş çıxaran və eyni zamanda, dünyanın bütün çağırışlarını zamanında nəzərə almağı bacaran siyasi liderlə irəliləməkdəyik. Azərbaycanın bugünkü uğurlarının rəhni Ulu öndər Heydər Əliyevin ideyaları ilə silahlanmış və bu ideyaların həyata keçirilməsini həyatının mənası hesab edən Prezidentimizin fəaliyyətidir”, - deyə B.Muradova qeyd edib.
Vitse-spiker qeyd edib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı model bu gün uğurla həyata keçirilməkdədir: “Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır”.
Onun sözlərinə görə, bir neçə il öncə başlayan qlobal maliyyə böhranının fonunda ölkəmizdə müşahidə olunan dayanıqlı iqtisadi inkişaf Azərbaycanda həyata keçirilən uğurlu daxili iqtisadi-sosial siyasətin bəhrəsi sayıla bilər: “Bu, ölkəmizin inkişafının əsas təməl prinsipini özündə əks etdirən Ulu öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycanda paralel olaraq bütün sahələr üzrə inkişafı təmin etməsini əsaslandıran amildir. Dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin, inkişafının təminatında, istərsə də beynəlxalq dayaqlarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

