/ / Baş nazirin müavini Əli Həsənov Norveç Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Baş nazirin müavini Əli Həsənov Norveç Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb
16.12.2014 [10:56]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dekabrın 15-də Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendsen ilə görüşüb.
Komitədən AzərTAc-a bildirilib ki, tanışlıq məqsədi daşıyan görüşdə Əli Həsənov səfiri təbrik edib, bu təyinatın Azərbaycan ilə Norveç arasında, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini diqqətə çatdırıb.
Baş nazirin müavini səfirin ölkəmizə yeni təyin olunmasını nəzərə alaraq ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, tarixi kökləri, bu münaqişə nəticəsində 1 milyon 200 mindən çox vətəndaşımızın 22 ildən artıqdır ki, qaçqın və məcburi köçkün şəraitində yaşaması, Azərbaycan dövlətinin münaqişənin, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.
Ə.Həsənov qeyd edib ki, Ermənistan Azərbaycana qarşı zaman-zaman əsassız ərazi iddiaları irəli sürür. İşğalçı ölkənin münaqişənin həllində göstərdiyi qeyri-konstruktiv mövqeyə beynəlxalq qurumların, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrlərinin laqeyd münasibəti təəssüf doğurur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə hələ də kağız üzərində qalıb. Vəziyyətin bu cür davam etməsi uzun sürə bilməz və Azərbaycanın da səbri tükənməz deyil.
Norveçli diplomatın ölkəmizdəki qaçqın və məcburi köçkünlərin real vəziyyəti ilə yerində tanış olmaq istəyini nəzərə alan Baş nazirin müavini Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qayğı və diqqəti nəticəsində bu təbəqədən olan soydaşlarımız artıq dövlətin tam himayəsindədir və onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Dövlət Neft Fondunun vəsaiti hesabına indiyədək respublikamızın müxtəlif bölgələrində və Bakı şəhəri ətrafında bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir tipli qəsəbə və məhəllələr istifadəyə verilib, 240 min qaçqın və məcburi köçkün bu qəsəbələrdəki mənzillərə köçürülüb. Bununla yanaşı, hələ də 370 mindən çox soydaşımızın ağır şəraitdə yaşadığını, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlərin mərhələli şəkildə davam etdirildiyini vurğulayan Əli Həsənov bu istiqamətdə Norveçin ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarının reallaşdırdıqları layihələri də müsbət dəyərləndirib.
Ətraflı məlumata görə minnətdarlığını bildirən norveçli diplomat ölkəmizdəki qaçqın və məcburi köçkünlərin real vəziyyəti ilə daha yaxından tanış olmaq üçün onların məskunlaşdıqları ərazilərə baş çəkəcəyini bildirib. Azərbaycanın hərtərəfli inkişafından məmnunluğunu dilə gətirən səfir fəaliyyəti dövründə ümumi mənafelər naminə əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyinə əminliyini ifadə edib.
Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan səfir bu münasibətlərin gələcək illərdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52

