“İrəli” İctimai Birliyinin altı aylıq hesabatı təqdim olunub
25.12.2014 [09:37]
Dekabrın 24-də Beynəlxalq Muğam Mərkəzində “İrəli” İctimai Birliyinin 6 aylıq hesabatının, yeni loqosunun, korporativ üslubunun və saytının təqdimatı olub.
AzərTAc xəbər verir ki, Milli Məclisin deputatlarının, gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə İctimai Birliyin gördüyü işlərlə bağlı təqdimat nümayiş olunub.
Qeyd edilib ki, 2005-ci ildə ümumrespublika gənclər hərəkatı kimi yaranan, 2008-ci il dekabrın 24-də isə təsis edilən təşkilatın məqsədi gənclərin maraqları çərçivəsində olan bütün sahələrdə fəaliyyət göstərmək və onların fərdi inkişafına töhfə verməkdən ibarətdir. Təşkilatın fəaliyyəti Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edib. Azərbaycanı beynəlxalq təbirlərdə uğurla təmsil edən təşkilat ölkə daxilində müxtəlif layihələr reallaşdırmaqla dövlət qurumları, qeyri-hökumət və gənclər təşkilatları ilə əməkdaşlıq edir. Birlik Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti çərçivəsində ölkədə gənclərin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan təşkilatdır.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov qurumun gördüyü işlərdən danışıb. O, Azərbaycanda aparılan gənclər siyasətindən, ölkəmizin həqiqətlərinin, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların dünyaya çatdırılması istiqamətində təşkilatın gördüyü işlərdən bəhs edib. M.Seyidov qurumun həyata keçirdiyi layihələrin regionları da əhatə etdiyini vurğulayıb. O, təşkilatın yaranma gününü dekabrın 25-də cəbhə bölgəsində əsgərlərlə birlikdə qeyd edəcəklərini diqqətə çatdırıb.
Bildirib ki, “İrəli” İctimai Birliyinin loqosu özündə təşkilatın Azərbaycanın şimal, cənub, şərq və qərb istiqamətlərindəki bütün gəncləri əhatə etməsi mənasını verir. Bundan başqa, loqoda Azərbaycanın dövlət bayrağındakı üç rəng - mavi, qırmızı, yaşıl, həmçinin dinamik gənclər rəngi olaraq seçilmiş firuzəyi rənglərdən istifadə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib ki, Azərbaycanda 300 gənclər təşkilatı fəaliyyət göstərir. “İrəli” İctimai Birliyi bu qurumlar arasında xüsusi yer tutur və fəal gənclər təşkilatıdır. Birliyin həyata keçirdiyi tədbirlər gənclərdə böyük maraq doğurur.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev və başqaları təşkilatın həyata keçirdiyi müxtəlif maarifləndirici layihələrin artıq bütün bölgələrimizi əhatə etməsinin əhəmiyyətini vurğulayıblar. Onlar ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət proqramlarından da danışıblar. Qeyd edilib ki, “İrəli”də potensiallı kreativ gənclər toplaşıb. Birlik Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə aparılan gənclər siyasətini dəstəkləyir və bu siyasətin həyata keçirilməsində yaxından iştirak edir.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50

