Qırğızstanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib
26.12.2014 [09:55]
Azərbaycanın Qırğızıstandakı səfirliyi və Qırğız-Türk “Manas” Universitetinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bişkekdə “Azərbaycan günü” keçirilib.
Tədbirdə Qırğızıstan Prezidenti Aparatının, hökumətinin təmsilçiləri, parlamentin deputatları, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Əvvəlcə iştirakçılar universitetin foyesində Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı, ölkəmizin inkişafı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab sərgisi ilə tanış olublar.
Sonra Həmrəylik Günündən bəhs edən sənədli film nümayiş etdirilib.
Azərbaycan, Qırğızıstan və Türkiyənin dövlət himnləri səslənib.
Universitetinin rektoru Səbahattin Balcı Həmrəylik Gününün əhəmiyyətindən, Azərbaycan iqtisadiyyatının inkişafından danışıb, Ulu öndər Heydər Əliyevin öz xalqının və dövlətinin inkişafı naminə gördüyü işlərdən söhbət açıb.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərdən biridir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib və həmin il dekabrın 16-da Ali Məclisin birinci iclasında Ulu öndərin rəhbərliyi ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub.
Bildirilib ki, dünya ölkələrində yaşayan əlli milyonluq Azərbaycan xalqının təqribən on milyonu ölkəmizdə yaşayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir deyib ki, ölkəmiz hələ də müharibə şəraitində yaşayır, ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan çox soydaşımız qaçqın və köçkün vəziyyətindədir.
Diqqətə çatdırılıb ki, xaricdə yaşayan soydaşlarımızın bütün problemləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısı özünün də qeyd etdiyi kimi, hər bir azərbaycanlının Prezidentidir.
Vurğulanıb ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan siyasi və iqtisadi sahələrdə dinamik inkişafa nail olub, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibətilə Qırğızıstanın dövlət başçısı Almazbek Atambayevin təbrik məktubu göndərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edilib ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf etməkdədir və bu xətt prezidentlər İlham Əliyevin və Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.
Qırğızıstan xarici işlər nazirinin müavini Erines Otorbayev, Jokorku Keneşinin deputatı, Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kurmanbek Dıykanbayev, Özbəkistanın bu ölkədəki səfiri Komil Rəşidov, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev, Qırğız-Türk “Manas” Universitetinin prorektoru Asılbek Kulmırzayev və başqaları çıxış edərək dünya azərbaycanlılarını bayram münasibətilə təbrik ediblər.
Mərasim konsert proqramı ilə başa çatıb.
Sonda səfirlik adından tədbir iştirakçılarına ziyafət verilib.
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

