Dövlət Pedaqoji Kolleci 95 illik yubileyini qeyd edib
26.12.2014 [10:00]
Azərbaycan xalqının xidmətində sədaqətlə dayanan, vətən övladlarının ağılına, mənəviyyatına nur, şuruna ziya saçan, ən çətin illərdə və dövrlərdə belə öz böyük amalından və məsləyindən dönməyən Azərbaycan Dövlət Pedaqoji Kolleci 95 illik yubileyini qeyd edib.
AzərTAc xəbər verir ki, dekabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil olunan tədbirdə hökumət nümayəndələri, Milli Məclisi deputatları, tanınmış elm və mədəniyyət xadimləri, bu elm ocağının məzunları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində açılmış kollecin tələbələrinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Görkəmli elm və mədəniyyət xadimlərinin, ədiblərin, siyasətçilərin Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə bağlı dəyərli fikirləri yenidən diqqətə çatdırıldıqdan sonra, məktəbin tarixi keçmişini və müasir inkişafını əks etdirən videomaterial nümayiş olunub.
Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Təhsil Nazirinin Dövlət Pedaqoji Kollecinin kollektivinə ünvanladığı təbrik məktubunu oxuyub.
Sonra kollecin bir qrup əməkdaşına “Qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanlar təqdim edilib.
Tədbirdə kollecin direktoru, Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva çıxış edərək rəhbərlik etdiyi bu elm ocağının keçdiyi tarixi yola nəzər salıb, kollektivin qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən söz açıb.
Vurğulanıb ki, əsası keçən əsrin əvvəlində - 1919-cu ildə qoyulan, qərinələri yola salan, fəaliyyəti bir əsrə yaxınlaşan bu təhsil məbədi Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın savadlanması, maariflənməsi naminə həyata keçirdiyi mühüm tədbirlərdən biri kimi tarixin səhifələrinə həkk edilmişdir. O dövrdə ölkəmizdə savadsızlığın aradan qaldırılması, pedaqoji kadrların hazırlanması məqsədilə yaradılan təhsil ocağı ilk günlərdən müxtəlif nəsillərdən olan insanların məhəbbətini qazandı.
Qeyd edilib ki, indiyə qədər 125 min r məzun bu təhsil ocağından həyata vəsiqə alıb. Məzunların fəaliyyət coğrafiyası da xüsusi maraq doğurur. Təkcə ölkəmizdə deyil, Gürcüstanda, Dağıstanda və Rusiya Federasiyasının müxtəlif bölgələrində çalışan məzunlar ixtisas təhsili aldıqları məktəbə başucalığı gətiriblər.
Vurğulanıb ki, yarandığı ilk illərdə məktəbin nüfuzunu qaldırmaq üçün dövrün ən görkəmli və tanınmış müəllimlərindən Soltan Məcid Qənizadəni, Hüseyin Cavidi, Abdulla Şaiqi, Azad bəy Əmirovu, Əlibəy Qasımzadəni, Qori seminariyasının digər məzunlarından Nuruş Şahsuvarovu, Məhəmməd Abdullayevi, Əhməd Kədəri Zəkizadəni, Qafur Rəşadı, Sultanmurad Əliyevi və başqalarını oraya işə dəvət ediblər. Milli mədəniyyətimizin fəxri Üzeyir bəy Hacıbəyli, Abdulla Şaiq, məşhur pedaqoqlardan Camo Cəbrayılbəyli, Azad Əmirov, ilk ziyalı qadınlarımızdan Mədinə xanım Qiyasbəyli kollecdə dərs demiş, zəngin bir irs qoyub getmişlər. Akademiklər Əlisöhbət Sumbatzadə, Məmmədhüseyn Təhmasib, professorlar Əkrəm Cəfər, Mərdan Muradxanov, Fatma Süleymanova, Əli Sultanlı, Xalq rəssamı Salam Salamzadə, musiqi mədəniyyətimizin inkişafında misilsiz xidmətləri olan Niyazi, Səid Rüstəmov, Əfrasiyab Bədəlbəyli, yazıçılar Mehdi Hüseyn, Əzizə Cəfərzadə, Sabit Rəhman, Mirvarid Dilbazi, Cabir Novruz və başqaları kollecin fəxri məzunları olublar.
Belə bir fakt da maraq doğurur ki, təhsil ocağının ilk buraxılışında cəmi 9 məzun olub.
Bu gün çox böyük iftixar hissi ilə deməliyik ki, zəngin ənənələri ilə tanınan təhsil ocağı Ulu öndər Heydər Əliyevin də həmişə diqqət mərkəzində olub. Kollecin yaradıcı kollektivi müstəqil respublikamızın bu günü, gələcəyi üçün layiqli vətəndaş yetişdirilməsi işinin pedaqoji təminatçısına çevrilib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi mühüm işlər, imzaladığı sərəncamlar, reallaşdırdığı layihələr kollecin də hərtərəfli inkişafında özünü qabarıq şəkildə göstərməkdədir.
Nurlana Əliyeva deyib ki, kollecdə öz ixtisasını mükəmməl bilən və dövrün başlıca tələblərinə cavab verən yüksək səviyyəli kadr korpusu yaradılıb. Burada fəaliyyət göstərən müəllimlərdən bir nəfəri filologiya üzrə elmlər doktoru, professor, 21 nəfəri müxtəlif elm sahələri üzrə elmlər namizədi - fəlsəfə doktoru, 16 nəfəri baş müəllim titulunu şərəflə daşıyır. Müəllimlərin 30 nəfəri müvafiq ixtisaslar üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqiqat aparır, dissertasiya üzərində işləyir. Bütün bunlar təhsil ocağında yaranan sağlam, inkişafetdirici mühitin fərəh doğuran nəticəsi kimi qiymətləndirilməlidir.
Yubiley tədbirində Milli Məclis sədrinin müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və başqaları çıxış edərək Azərbaycan Dövlət Pedaqoji Kollecin kollektivini əlamətdar gün münasibətilə təbrik ediblər.
Tədbir musiqili-bədii proqramla davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

