/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva kimsəsiz məzunlar üçün Masazırda tikilmiş binanın açılışında iştirak edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva kimsəsiz məzunlar üçün Masazırda tikilmiş binanın açılışında iştirak edib
30.12.2014 [09:10]
Dekabrın 29-da Bakının Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün 120 mənzildən ibarət binanın açılış mərasimi olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Baş nazirin müavini Abid Şərifov binanın rəmzi açılışını bildirən lenti kəsiblər.
Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin həyata keçirdiyi böyük sosial əhəmiyyətli layihələrdən biri yetkinlik yaşına çatdıqdan sonra internat evlərini tərk edən kimsəsiz məzunların yerləşdirilməsi üçün yaşayış binasının tikilməsidir. Valideyn himayəsindən məhrum olan uşaqları hər zaman diqqətdə saxlayan Mehriban Əliyeva əslində bu addımı ilə Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunması işinə öz töhfəsini verir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı bu kateqoriyadan olan uşaqların həyat şəraitinin yaxşılaşdırılmasına, onların hər zaman diqqət və qayğı ilə əhatə olunmasına geniş imkanlar açıb.
Heydər Əliyev Fondunun prezidenti çoxdan bəri ictimai narahatlıq doğuran ciddi bir məsələnin - uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş gənclərin mənzillərlə təmin edilməsi ilə bağlı problemin həllinə nail olub. Hazırda ölkəmizdə uşaq müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9 min 875 uşaq dövlət himayəsində yaşayır. Uşaq evləri və internatlarda həmin uşaqlara dövlətimiz tərəfindən 18 yaşınadək baxılır. Yetkinlik yaşına çatıb uşaq evlərini tərk edən məzunların yerləşdirilməsi, onların sosial müdafiəsinin təmin edilməsi, cəmiyyətə inteqrasiya olunması istiqamətində də dövlət tərəfindən ardıcıl tədbirlər görülür. Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələyə diqqət və qayğısının nəticəsi olaraq, Nazirlər Kabinetinin müvafiq Sərəncamı əsasında Abşeron rayonunun Masazır qəsəbəsində hər iki valideynini itirmiş kimsəsiz məzunların yerləşdirilməsi ilə əlaqədar yaşayış binasının tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. İlkin mərhələdə 120 mənzilli, 240 nəfərlik 13 mərtəbəli yaşayış binasının və infrastruktur obyektlərinin tikintisi başa çatdırılıb. Sonrakı mərhələlərdə isə əlavə hər biri 120 mənzilli, cəmi 540 nəfərlik 13 mərtəbəli 2 yaşayış binasının tikintisi nəzərdə tutulub.
İstifadəyə verilən binada 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var. Binada bütün lazımi şərait yaradılıb. Mənzillərin hamısı mebel, inventar və avadanlıqla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada fəaliyyət göstərəcək xidmət sahələrində də məzunların özləri çalışacaqlar ki, bu da 35 nəfər kimsəsiz məzunun daimi işlə təmin olunması deməkdir.
Birinci xanım Mehriban Əliyeva burada yaradılan şəraitdən razılığını bildirib, valideyn himayəsindən məhrum olan uşaqlar üçün inşa edilən yeni binanın açılışı münasibətilə təbriklərini çatdırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31

