Füzuli rayonunun 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsindən 21 il ötür
06.01.2015 [09:47]
Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub.
AzərTAc xəbər verir ki, bu münasibətlə Horadiz şəhərindəki Bayraq Meydanında rayon ictimaiyyətinin iştirakı ilə mərasim keçirilib.
Mərasimdə çıxış edənlər müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin üzləşdiyi problemlərdən, Ermənistanın respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsindən, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin, o cümlədən Füzuli rayonunun işğal edilməsindən danışıblar.
Bildirilib ki, 1994-cü il yanvarın əvvəllərində həyata keçirilən Horadiz əməliyyatı nəticəsində erməni silahlı birləşmələrinin Beyləqan istiqamətində hücumunun qarşısı alınıb və Azərbaycan ordusu əks-hücuma keçərək qısa müddətdə Füzuli rayonunun 20 Arazboyu kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad edib. Azərbaycan ordusu bu uğura Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbiçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub.
Qeyd edilib ki, 1996-cı ildən etibarən rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Ötən müddətdə məcburi köçkünlər üçün 16 qəsəbə salınıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib. Füzuli rayonuna göstərilən dövlət qayğısının, aparılan uğurlu sosial və iqtisadi siyasətin nəticəsidir ki, 70 minə yaxın əhali rayon ərazisinə qayıdıb.
Təkcə son 12 ildə Prezident İlham Əliyev Füzuliyə 5 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 6 Sərəncam imzalayıb. Bu dövrdə geniş tikinti-quruculuq və bərpa işləri aparılan Horadiz ölkənin ən gözəl, abad və müasir şəhərlərindən birinə çevrilib.
Mərasimdə Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğu vurğulanıb. Əminliklə bildirilib ki, işğal altında olan bütün torpaqlarımız, o cümlədən Füzuli rayonunun digər əraziləri də Prezident İlham Əliyevin qətiyyəti sayəsində düşmən tapdağından azad ediləcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

