Azərbaycan dövləti soydaşlarımızın erməni girovluğunda qalmasına imkan verməyəcək
07.01.2015 [09:47]
Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 7 beynəlxalq təşkilata, o cümlədən BMT-nin baş katibinə, Avropa Şurasının, Avropa İttifaqının və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, beynəlxalq insan hüquqları təşkilatlarına rəsmi müraciət göndərmişik.
AzərTAc xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yanvarın 6-da Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedişi ilə tanış olduqdan sonra jurnalistlərə müsahibəsində deyib. Əli Həsənov artıq həmin müraciətlərə bütün beynəlxalq təşkilatlardan rəsmi cavabların gəldiyini bildirib. Diqqətə çatdırıb ki, həmin cavabların arasında beynəlxalq hüquq normalarına uyğun olmayan fikirlər də, məsələyə müsbət yanaşmalar da var. Beynəlxalq qurumların bəziləri məsələyə formal, bürokratik şəkildə yanaşıb. Bəziləri isə əksinə, problemə obyektiv yanaşaraq ermənilərin bu əməllərini pisləyir və beynəlxalq hüquq normalarına zidd hərəkət kimi qiymətləndirirlər.
Əli Həsənov deyib: “Bizim erməni girovluğunda olan soydaşlarımız torpağını, Vətənini, xalqını sevən insanlardır. Onlar ölümdən qorxmadan bu gün yağı düşmən tapdağı altında olan Kəlbəcərə - öz doğma yurd-yuvaları, ata-babalarının məzarlarını, kəndlərini ziyarət etməyə getmişdilər. Biz bununla bağlı həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırmışıq. Ancaq ermənilər yenə də faşist əməllərindən əl çəkmir, bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edirlər. Erməni millətçiləri artıq 100 ildir ki, bütün dünyada guya türklər tərəfindən soyqırımına məruz qalmaları ilə bağlı təbliğat aparmaqla məşğuldurlar. Əgər həqiqətən də beynəlxalq təşkilatlar regionda dayanıqlı sülhün bərqərar olunmasını istəyirlərsə, erməniləri bu sərsəm xülyalarından əl çəkməyə məcbur etməlidirlər. Ancaq bu gün biz real həyatda bunun əksini müşahidə edirik. Beynəlxalq təzyiqlə üzləşməyən ermənilər öz məqsədlərinə çatmaq üçün çirkin əməllərini davam etdirirlər. Mənə elə gəlir ki, bu əməllərə göz yuman və erməniləri açıq şəkildə müdafiə edən beynəlxalq təşkilatlar bizim girovlarımızla bağlı məsələnin də müsbət həllinə kömək etməyəcəklər”.
Baş nazirin müavini deyib ki, ona görə də bu gün bizim qlobal problemlərimizi, o cümlədən Dağlıq Qarabağ münaqişəsini xalqımızdan, dövlətimizdən, Prezidentimizdən başqa keç kim həll edəsi deyil. Bu məsələdə güvənc yerimiz xalqımızın birliyi və Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımlarıdır. Dövlətimizin başçısı bu gün girovluqda olan şəxslərin azad edilməsi məsələsi ilə mütəmadi məşğuldur. Məndə tam əminlik yaranıb ki, Ramil Səfərovu ölkəmizə qaytaran Prezidentimiz hazırda erməni girovluğunda olan Dilqəm Əsgərovu və Şahbaz Quliyevi düşmənin caynağından azad edəcək. Onlar hazırda Şuşada, bizim torpaqlardadır. Bizim yerli qeyri-hökumət təşkilatları, hüquq müdafiə təşkilatları azərbaycanlı girovlarla bağlı Avropa Şurasına, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçün təşəbbüs irəli sürüblər. Biz hökumət olaraq hazırda bu işdə onlara köməklik edirik.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri deyib ki, Azərbaycan dövləti erməni girovluğunda olan soydaşlarımızın azad edilməsi istiqamətində tələbini davam etdirəcək və bununla bağlı bütün hüquqi addımlar atılacaq. Biz hazırda girovların başqa bir ölkəyə ekstradisiya edilməsi məsələsini müzakirə edirik. Əgər beynəlxalq təşkilatlar kömək edə bilsələr, onlar ermənilərin əlindən alınaraq başqa ölkənin ərazisinə keçiriləcək. Mən əminəm ki, Azərbaycan dövləti onların erməni girovluğunda qalmasına imkan verməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

