“Dəfələrlə peyğəmbərlə bağlı qeyri-etik hərəkətlərə yol verilib...”
09.01.2015 [10:07]
“ABŞ-da Quranı yandırırdılar və bunu da televiziyalar göstərirdilər”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransada baş verən terror hadisəsinə münasibət bildirib.
M.Qurbanlı “Qafqazinfo”ya açıqlamasında terror aktına münasibətinin olduqca mənfi olduğunu vurğulayıb: “Bununla bağlı möhtərəm Prezidentimiz Fransa Prezidentinə öz başsağlığı mesajını verib. Həmin mesajda da Prezidentimiz bu məsələni qətiyyətlə pisləyib. Azərbaycan erməni terrorundan əziyyət çəkən bir ölkədir. Ona görə də, biz hər cür terrorizmi qətiyyətlə pisləyirik. Xüsusilə də terrordan öz məqsədləri üçün istifadə etmək istəyənlərin əleyhinəyik. Amma xristian, qeyri-islam dünyası bütövlükdə bir məsələni anlasın ki, müqəddəslər, peyğəmbərlərlə bağlı hər hansı hərəkətin edilməsi əks reaksiya doğurur. Buna çox ehtiyatla yanaşmaq lazımdır. Dəfələrlə Qərb mətbuatında Məhəmməd peyğəmbərlə, “Qurani-Kərim”lə bağlı qeyri-etik hərəkətlərə yol verilib. Xatırladım ki, ABŞ-da Quranı yandırırdılar və bunu da televiziyalar göstərirdilər”.
Komitə sədri bunu dinlər və mədəniyyətlərarası dialoqa mənfi təsir göstərən hal kimi qiymətləndirib: “Lakin bu cür hərəkətlərin hansısa terrorla aradan qaldırılması istəklərini pisləyirik. Hesab edirik ki, əgər kimlərsə müqəddəslərə toxunursa, bu cür hərəkətlərə yol verənləri ictimai qınaqla, müxtəlif tədbirlər keçirərək, bunun yolverilməzliyini həmin topluma çatdırmaqla həll etmək lazımdır. Hər hansı silaha əl atmaq, əlbəttə, yolverilən deyil. Ona görə də, Fransada törədilən terror hərəkəti başadüşülən deyil, yolverilməzdir və bu, əslində İslam dünyası ilə xristian dünyası arasında olan ziddiyyətləri daha da dərinləşdirir, islamofobiyanı Qərb dünyasında gücləndirir, tədricən qarşıdurmanı daha da mürəkkəbləşdirir. Ona görə də, biz bu hadisəni qətiyyətlə pisləyirik. Hesab edirik ki, terrorun vətəni, milliyyəti, fərdiliyi yoxdur, terror elə terrordur”.
M.Qurbanlı terror hadisəsi ilə bağlı dünəndən bəri səsləndirilən versiyalardan xəbərdar olduğunu qeyd edib: “Amma bu versiyalar inandırıcı görünmür. Araşdırmalar göstərəcək ki, bunu kim törədib. Dünənki informasiyalarda terroru kimin törətməsi ilə bağlı hansısa təşkilatın adı qətiyyətlə səsləndirilməyib. Avropada və ya başqa bir yerdə İslama qarşı nifrət yaratmaq məqsədi ilə belə bir fəlakətin törədilməsi ehtimalı bir qədər inandırıcı görünmür. Amma məsələ tam aydınlaşmayana qədər hər cür ehtimalı da irəli sürmək mümkündür”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46

