Rusiyalı jurnalist Natalya Kirillova Qarabağ həqiqətlərini nə üçün təhrif edir?!
16.01.2015 [10:08]
Yanvarın 15-də Rusiyanın “5 Kanal” televiziyasının xəbərlər proqramında 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr olunmuş süjet göstərilib. Süjetin müəllifinin fikrincə, 25 il əvvəl keçmiş sovet ordusu bölmələrinin Bakıda törətdiyi qanlı qırğın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasına səbəb olub. Azərbaycanın qədim Qarabağ torpağı “birdən-birə iki sovet marşalı Baqramyan və Babacanyanın vətəni” adlandırılsa da, bu torpaqda dünyaya göz açmış və bu torpağın əsl sahibləri olan azərbaycanlılardan söhbət belə getmir. Sanki Qarabağın Üzeyiri, Natəvanı, Xan Şuşinskisi, Qasım bəy Zakiri yox imiş...
Süjetin müəlliflərinin hansı yolla tanınmamış “Dağlıq Qarabağ respublikası”na gedib çıxmasının hüquqi tərəfinin araşdırılmasını səlahiyyətli orqanların ixtiyarına buraxaraq onu da deyək ki, 20 Yanvar hadisələrini və onun nəticələrini nədənsə elə, əsasən, erməni tərəfi - “Qarabağ müharibəsinin iştirakçısı, konfliktoloq Aşot Beqlaryan, tanınmamış “Dağlıq Qarabağ respublikası”nda “qaçqınlar cəmiyyəti”nin sədri Saryan Sarasar, “həlak olmuş əsgərlər muzeyi”nin direktoru Artuq Arustamyan” şərh edirlər. A.Beqlaryan deyir ki, Qarabağ hadisələrinin alovlanmasına səbəb bu bölgəyə azərbaycanlı rəhbərin təyin edilməsi olub. “Bu, əsasən, ermənilər yaşayan bölgənin əhalisinin narazılığına səbəb oldu və nəticədə qırğınlar başlandı”. Beqlaryanın bu ağ yalanının Rusiyanın “5 kanal”ından səslənməsi təəssüf və təəccüb doğurur. Beqlaryan yalanlarını davam etdirərək deyir: “Qarabağ ermənilərini əvvəllər separatçı, ekstremist adlandırırdılar, ancaq vaxt keçib, qarabağlıların nəyin naminə mübarizə apardıqları aydın olub”.
Görəsən “qarabağlılar” deyəndə Beqlaryan kimi nəzərdə tutur? Evindən-eşiyindən didərgin düşmüş minlərlə azərbaycanlı qarabağlı deyilmi?! Nə üçün süjetdə Qarabağın azərbaycanlı əhalisinin fikirləri yer almadı?!
Müəllif Natalya Kirillova Sumqayıtda yaşamış qohumunun taleyindən bəhs edən Qarabağ ermənisi ekrandan itən kimi kadr arxasında tarix dərsi keçməyə başlayır. O deyir: “Cəmi beş ildən sonra burada, Sovet İttifaqının cənubunda dağlıq rayonu bölə bilməyən azərbaycanlılar və ermənilər arasında qanlı müharibə başlanacaq”.
20 Yanvar hadisələrindən 5 il sonra? Bu üzdəniraq jurnalist tarixi diqqətlə öyrənmədən niyə belə ağrılı mövzuda süjet hazırlamağı üzərinə götürüb. Bəlkə ona görə ki, bu süjet onun üçün mühasibat sənədində növbəti qeyddir? Bəlkə də bu süjetin sifarişçiləri tarixi yaxşı bilmirlər? Özlərinin saxtalaşdırdıqları tarixdən indi özləri də baş çıxarmaqda çətinlik çəkirlər. Ancaq xanım Kirillova bilməlidir ki, onun beləcə soyuqqanlılıqla hazırladığı, səthi şərhlərlə müşayiət etdiyi süjetdə söhbət açdığı o ərazi - Qarabağ bir milyona yaxın azərbaycanlı məcburi köçkünün doğulduğu və yaşadığı doğma torpaq, Azərbaycanda və onun sərhədlərindən kənarda yaşayan milyonlarla azərbaycanlının qəlbinin bir hissəsidir.
Qeyd edək ki, süjetdə Xocalı soyqırımından kadrlar göstərilsə də, bu barədə bir kəlmə də danışılmadı.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

