20 Yanvar - azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi
17.01.2015 [11:06]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanvarın 16-da Bakıda “20 Yanvar - azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi” mövzusunda anma mərasimi keçirib.
AzərTAc xəbər verir ki, komitənin sədri Hicran Hüseynova mərasimdə çıxış edərək xalqımızın qəhrəmanlıq tarixində xüsusi iz qoymuş 20 Yanvar həqiqətlərindən söz açıb.
Bildirilib ki, keçmiş SSRİ rəhbərliyi tərəfindən həyata keçirilən bu əməliyyat cinayətkar siyasətin əsl mahiyyətini göstərdi. Hərbi təcavüz nəticəsində yüzlərlə ev dağıdıldı, onlarla avtomobil, o cümlədən təcili tibbi yardım maşınları, külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həmin vaxt Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd yanaşırdı. 20 Yanvar hadisələrini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən Ulu öndər Heydər Əliyevin müdrikliyi və güclü siyasi iradəsi sayəsində faciə ilə bağlı informasiya blokadası yarılmış oldu. Ümummilli lider yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi-hüquqi münasibət bildirdi.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev bildirib ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri araşdırıldı. Qanlı Yanvar hadisələrinin xalqımızın tarixində yeri və rolu, bu faciənin bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görüldü. Hazırda bu siyasət Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və başqaları 20 Yanvar faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən söz açıblar.
Qeyd olunub ki, Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi xalqımız və dövlətimiz tərəfindən hər zaman dərin ehtiramla anılır. 20 Yanvar faciəsi respublikada milli-azadlıq hərəkatına və demokratik proseslərə ağır zərbə vursa da, xalqımızın iradəsini sındıra bilmədi. Qanlı Yanvar hadisələri istiqlaliyyət uğrunda aparılan hərəkata güclü təkan verdi.
Mərasimdə “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilmiş “Ölümə qənşər” bədii-sənədli filmi nümayiş olunub.
Film Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış milli qəhrəmanlarımızın ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri əsasında lentə alınıb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

