20 Yanvar xalqımızın istiqlaliyyət mübarizəsinin şanlı səhifəsidir
17.01.2015 [11:10]
25 il əvvəl Sovet imperiyası tərəfindən xalqımıza qarşı törədilən bu dəhşətli fəciəyə ilk dəfə Ümummilli lider Heydər Əliyev hüquqi-siyasi qiymət verdi
20 Yanvar müasir Azərbaycan tarixinin həm faciəvi, həm də qəhrəmanlıq səhifəsidir. Xatırlatmaq yerinə düşər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının azadlıq və istiqlal mübarizəsini boğmaq məqsədilə Sovet imperiyası Bakı şəhərinə böyük hərbi qüvvə yeritdi, günahsız insanlar qanına qəltan edildi, misli görünməmiş vəhşiliklər törədildi. Əslində, həmin faciə imperiyanın tək Azərbaycan xalqına qarşı yox, həm də bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş soyqırımı siyasəti idi.
Həmin müdhiş gecə xalqımız böyük bir faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini, sarsılmazlığını bir daha nümayiş etdirdi. Rəsmi məlumata görə, həmin vaxt təkcə Bakı şəhərində 130 nəfərdən çox insan xüsusi amansızlıqla qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə həbs olunub. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar da vardı. Tərkibində ermənilərin də olduğu Sovet hərbçiləri tərəfindən 200 ev, mənzil talan edilərək yandırılıb, 80 avtomaşın, o cümlədən, təcili yardım maşını, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edilib.
Bu faciəyə ilk etirazını bildirən isə Ulu öndər Heydər Əliyev oldu. Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən təqiblərə məruz qalan Ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada yerləşən Azərbaycan nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və baş verənlərlə bağlı açıqlama verdi, xalqımıza qarşı törədilən cinayəti ifşa etdi. Milli azadlıq, müstəqillik uğrunda mübarizənin yeni, həlledici mərhələsi isə məhz o gündən başlandı. Ümummilli lider Heydər Əliyev sonralar o prosesləri belə xatırlayırdı: “Mən Moskvada olarkən Azərbaycana edilən bu cinayətə qarşı etiraz səsimi qaldırdım, xalqımla, millətimlə həmrəy olduğumu bildirdim...”.
Əslində, həmin müdhiş gecədə həyata keçirilən qanlı aksiyanın əsas məqsədi Azərbaycan xalqının inam və iradəsini qırmaq, həmçinin, Sovet hərb maşınının gücünü nümayiş etdirmək idi. 25 il əvvəl həyata keçirilən bu dəhşətli faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti kimi tarixə düşdü və həmin cinayətin üstünü ört-basdır etmək mümkün olmadı. Moskvanın, imperiyapərəst respublika rəhbərlərinin hədə-qorxularına, təzyiq və təqiblərinə baxmayaraq, xalqının mərd, qorxmaz və uzaqgörən oğlu, Ulu öndər Heydər Əliyevin istər Moskvada yaşayarkən, istər Azərbaycan Ali Sovetinin deputatı, istər Naxçıvanda Ali Məclisin Sədri olarkən, istərsə də yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra nümayiş etdirdiyi qətiyyət və cəsarət sayəsində bu faciəyə əsl hüquqi-siyasi qiymət verildi.
Yuxarıda da vurğuladığımız kimi, Ulu öndər hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək buradakı mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun səbəblərini də açıqladı, hadisənin təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi: “...19-dan 20-nə keçən gecə Sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır”.
Mətbuat konfransında kəskin bəyanatı ilə kifayətlənməyən Ümummilli lider elə həmin gün Azərbaycan KP Mərkəzi Komitəsinə, Ali Sovetə, Nazirlər Kabinetinə, Azərbaycan xalqına ünvanladığı teleqramda: “Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm” deməklə bu ağır gündə xalqın dərdinə şərik olduğunu bildirməklə yanaşı, onu təmkinli olmağa, həmrəyliyə və birliyə çağırırdı.
1990-cı ilin noyabr ayında dahi şəxsiyyətin böyük siyasi nüfuzu sayəsində 20 Yanvar faciəsinə prinsipial hüquqi-siyasi qiymət verilməsi məsələsi yenidən gündəmə gəldi. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının noyabrın 21-də keçirilən iclası tarixə düşdü. Həmin sessiyada Ulu öndər Heydər Əliyev xalq deputatı kimi, “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar layihəsini işləyib Ali Məclisin müzakirəsinə təqdim etdi. Sessiyadakı çıxışında xalqımızın hərbi, siyasi, mənəvi təcavüzə məruz qalmasından narahatlıqla danışan Ulu öndər Heydər Əliyev deyirdi: “...Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində, - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qırğın olmamışdı. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedərdi, ancaq görün bu hərbi əməliyyatlara bunlar nə qədər böyük fikir veriblər. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir. Azərbaycan xalqının qarşısında cinayətdir...”.
Amma təəssüflər olsun ki, Ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşayıb-işlədiyi dövrdə Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində dövlətçiliyimizin bərpası, müstəqilliyimizlə, eləcə də, digər taleyüklü məsələlərlə bağlı uzaqgörənliklə qəbul olunan tarixi və siyasi əhəmiyyətli qərarlara o zamankı respublika rəhbərləri qısqanclıqla yanaşdığından Muxtar Respublika parlamentinin Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü ilə qaldırdığı məsələlərə baxılmırdı.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini Ona qarşı az qala düşmən mövqedə duran Ali Sovetdə və digər istiqamətlərdə də davam etdirirdi. Məhz Heydər Əliyev hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə aşkar olunmasını, faciəyə siyasi qiymət verilməsini tələb edirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bir daha bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı Sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür: “Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. İlk olaraq “20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixdə Fərman imzalandı. Həmin Fərmanda da qeyd olunurdu: “Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
Ümummilli liderimizin rəhbərliyi altında 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi milli dövlətçiliyimizin bərpası istiqamətində də mühüm rol oynadı. Həmin gün tariximizə faciə kimi daxil olsa da, Ümummilli liderimizin sözləri ilə desək, həm də xalqımızın həyatında dönüş mərhələsi, dönüş nöqtəsi oldu.
Daha sonra Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verdi. Belə ki, 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, bütün dünya 20 Yanvar hadisələrinin əsl səbəbləri, bu cinayəti törədənlər haqqında həqiqəti bildi. Faciənin baş verməsindən isə 25 il ötməsinə baxmayaraq Azərbaycan xalqı 20 Yanvar hadisələrində canından keçmiş insanların əziz xatirəsini daim böyük ehtiramla anır. Şəhidlər Xiyabanı hər bir vətəndaşın and yerinə çevrilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

