/ / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Meyev şəhərində Azərbaycan mədəniyyəti günlərinin açılışı olub
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Meyev şəhərində Azərbaycan mədəniyyəti günlərinin açılışı olub
20.01.2015 [09:27]
Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və bu ölkədəki səfirliyimizin dəstəyi ilə həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində yanvarın 17-də Savua regionunun Mejev şəhərində Azərbaycan mədəniyyəti günlərinin təntənəli açılışı olub.
Tədbiri açan şəhərin meri xanım Kristin Jülyən-Breş Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın qədim sivilizasiya məkanı kimi artıq dünyada tanındığını, yalnız mədəniyyəti ilə deyil, yeraltı sərvətləri ilə də zəngin olduğunu, Şərqi Avropanın, Asiyanın və Yaxın Şərqin qovşağında yerləşdiyini diqqətə çatdırıb. Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini xatırladan mer Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əlaqələrini genişləndirdiyini xüsusi vurğulayıb.
Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu bildirən Kristin Jülyən-Breş ikitərəfli əməkdaşlığın inkişaf etdiyini, Prezident İlham Əliyevin bu ölkədə dəfələrlə səfərdə olduğunu, sabiq prezident Nikola Sarkozinin və hazırkı dövlət başçısı Fransua Ollandın Azərbaycana səfər etdiklərini deyib. Qeyd olunub ki, hər iki ölkədə çoxlu sayda dostluq qruplarının təşkili fransız xalqı ilə Azərbaycan xalqının bir-birini tanımaqda müstəsna rol oynayır. Qusar rayonu ilə Mejev şəhəri arasında dostluq xartiyasının imzalanması bunun bariz nümunəsidir. Azərbaycana səfəri çərçivəsində Qusar rayonu ilə yaxından tanış olduğunu diqqətə çatdıran Kristin Jülyən- Breş Şahdağın ətəyində salınmış qış-yay turizm kompleksinin Avropa standartlarından heç də geri qalmadığını vurğulayıb.
Mer Mejev şəhərində Azərbaycan mədəniyyət günlərinin təşkilinə görə Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan ilə Fransa arasında tarixən mövcud olan dostluq əlaqələrindən, iki ölkə arasında siyasi-iqtisadi, mədəni əlaqələrin inkişafında dövlət başçılarının apardıqları siyasətin böyük rol oynadığından bəhs edib. Azərbaycan ilə Fransa arasında münasibətlərin artıq əyalətlər səviyyəsində inkişaf etdirildiyini bildirən İcra Hakimiyyəti başçısı ötən ilin avqustunda Qusar ilə Mejev arasında dostluq xartiyasının imzalanmasını buna bariz misal kimi göstərib.
Fransa Milli Assambleyasının deputatı, Azərbaycan Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel Azərbaycanın zəngin və son dərəcədə maraqlı ölkə olduğunu, iki ölkənin xalqları arasında əlaqələrin sürətlə inkişaf etdiyini, respublikamızın müstəqilliyini uğurla qoruyub saxladığını bildirib.
Azərbaycanın bütün dünyada, o cümlədən Fransada artıq kifayət qədər tanındığını vurğulayan deputat respublikamızın dünyəvi və tolerant dövlət olduğunu, müxtəlif millətlərinin nümayəndələrinin əsrlər boyu mehribanlıq və dostluq şəraitində yaşadıqlarını təqdir edib. Azərbaycanın Fransada tanıdılmasında Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın gördüyü işləri yüksək qiymətləndirən Jan-Fransua Mansel məhz təşəbbüs sayəsində Fransanın müxtəlif regionlarında və şəhərlərində təşkil olunan tədbirlərin ölkəmizin zəngin mədəni dəyərlərinin fransızlara təbliğində müstəsna əhəmiyyət daşıdığını bildirib. O, fransızları Azərbaycanı daha yaxından tanımaq üçün bu ölkəyə səfər etməyə, Bakıda keçiriləcək ilk Avropa Oyunlarını yaxından izləməyə çağırıb.
Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini diqqətə çatdıran səfir Elçin Əmirbəyov Prezident İlham Əliyevin 2012-ci ildə Fransaya səfərini, dövlət başçısı Fransua Olland ilə birlikdə Luvrda İslam İncəsənəti Muzeyi departamentinin təntənəli açılışında iştirak etdiklərini xatırladıb. Diplomat, həmçinin Fransa Prezidentinin ötən ilin mayında Azərbaycanda səfərdə olduğunu, Parisdə Azərbaycan mədəniyyəti günləri ilə bağlı vaxtaşırı tədbirlərin keçirildiyini, ötən ilin sentyabrında paytaxtın San-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”nin buna yaxşı nümunə olduğunu bildirib.
Diplomat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının müvəffəqiyyətlə icra olunduğu, bölgələrdə müasir infrastrukturun yaradıldığı bildirilib.
Ölkəmizi Fransada tanıtmaq istiqamətində mühüm işlər görən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu ölkənin artıq 23 şəhərində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində tədbirlərin keçirilməsindən bəhs edən səfir E.Əmirbəyov bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Azərbaycanın təbii sərvətlərlə yanaşı, zəngin tarixə və mədəniyyətə sahib olduğunu vurğulayan səfir 1918-ci ildə müsəlman Şərqində ilk dəfə məhz ölkəmizdə parlamentli respublikanın yaranması, qadınlara səsvermə hüququnun verilməsi, 1991-ci ildə isə respublikamızın müstəqilliyini bərpa edərək sürətlə inkişaf etməsi və modernləşməsi barədə məlumat verib.
Çıxışlardan sonra Mejev meriyasının rəsmiləri, şəhərin qonaqları əvvəlcə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatların nümayiş etdirildiyi, eləcə də Qusar rayonunun təbiəti, bu rayondan olan rəssam, Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü, əsərləri müxtəlif ölkələrin muzeylərində saxlanılan Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət və “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgilərində təqdim edilən eksponatlarla yaxından tanış olublar.
Sərgi yanvarın sonunadək davam edəcək. Tədbirdə Əməkdar artist, virtuaz ifaçı İsfar Sarabskinin rəhbərlik etdiyi caz qrupu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib.
Mejevdə mədəniyyət günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən orta məktəb şagirdlərinə Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verilib və onlara ölkəmizin şirniyyatları təqdim edilib.
Sonda iştirakçılara Azərbaycanın zəngin mətbəxinin ləziz nümunələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

