Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri də yüksək səviyyədə qurulub
05.02.2015 [10:28]
Fevralın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Polis Akademiyasının professor-müəllim heyəti ilə və müdavimlərlə görüşüb.
Komitədən AzərTAc-a verilən məlumata görə, Polis Akademiyasında keçirilən görüşdə akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev bildirib ki, ölkəmizdə hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlər görülüb. Mövcud qanunvericilik, milli və ictimai təhlükəsizlik maraqları rəhbər tutulmaqla vicdan azadlığından sui-istifadə cəhdlərinin, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər həyata keçirilir. Qeyd edilib ki, Akademiyada kadr hazırlığı yüksək səviyyədə aparılır və təhsil alan müdavimlər ölkəmizin inkişafının qarantı olan ictimai-siyasi sabitliyin qorunmasında, müxtəlif zəmində baş verə biləcək mənfi hadisələrin qarşısının alınmasında öz xidmətlərini göstərəcəklər.
Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib ki, bu gün Azərbaycanda sabitlik hökm sürür. Bu sabitliyin, inkişaf tempinin qorunub saxlanılması üçün Daxili İşlər Nazirliyi öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı naminə çox böyük işlər görülür. Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bir-birlərinə hörmət edir və mehribanlıq şəraitində yaşayırlar. Ümummilli lider Heydər Əliyev hər zaman deyib ki, Azərbaycan xalqı öz tolerantlığı ilə həmişə fəxr etməlidir. Ölkəmizdə dini və etnik zəmində heç vaxt qarşıdurma və münaqişə olmayıb. Bu sabitliyi, tərəqqini və inkişafı qorumaq bizim vəzifə və vətəndaşlıq borcumuzdur.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək görüşün keçirilməsinə verdiyi dəstəyə görə Daxili İşlər Nazirliyinə və Polis Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Mübariz Qurbanlı bildirib ki, rəhbərlik etdiyi komitə bir çox dövlət qurumları, o cümlədən Daxili İşlər Nazirliyi ilə birgə tədbirlər planı imzalayıb. Bu fəaliyyət proqramına əsasən bu gün Polis Akademiyasında keçirilən görüş dini maarifləndirmə və gənclərin milli mənəvi dəyərlərimizə bağlılığı, ölkəmizdə mövcud tolerantlıq mühitinin qorunması və təbliği baxımından çox böyük əhəmiyyət daşıyır.
M.Qurbanlı ölkəmizin inkişaf strategiyasından danışarkən qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri də yüksək səviyyədə qurulub. Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlət dini himayə etməkdən imtina etməyib. Respublikada məscidlərlə yanaşı, sinaqoq və kilsələr də yenidən tikilir və bərpa edilir. Son on ildə isə 136 məscid tikilib və bərpa olunub. İnsanların öz dini ibadətlərini icra etmələri üçün hər cür şərait var. Ulu öndər Heydər Əliyevin başladığı siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda iştirakçıların sualları cavablandırılıb və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34

