/ / Mitya Bervar: Dünyada nüfuzu olan informasiya agentliyi öz ölkəsinin imicinin formalaşmasında mühüm rol oynayır
Mitya Bervar: Dünyada nüfuzu olan informasiya agentliyi öz ölkəsinin imicinin formalaşmasında mühüm rol oynayır
06.03.2015 [10:01]
Getdikcə daha da qloballaşan və zəngin informasiya mühitinin yarandığı dünyada xəbər agentliklərinin rolu daha da artır. Dünyada nüfuzu olan informasiya agentliyi öz ölkəsinin imicinin formalaşmasında mühüm rol oynayır.
Bu fikirləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşdə Sloveniya parlamentinin yuxarı palatasının - Milli Şuranın sədri Mitya Bervar səsləndirib.
Mitya Bervar qeyd edib ki, bu yaxınlarda Azərbaycanın ev sahibliyi ilə keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətə malik hadisənin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında AZƏRTAC mühüm rol oynayacaq. Azərbaycan və Sloveniya arasında mədəni, iqtisadi və siyasi sahələrdə əlaqələrin inkişafı xəbər agentliklərinin əməkdaşlığına da müsbət təsir göstərib. Bir neçə gün əvvəl AZƏRTAC-la Sloveniyanın STA agentliyi arasında əməkdaşlıq Sazişi imzalanıb. Sazişin imzalanması mərasimində iştirak etməkdən məmnunluq duyduğunu bildirən Mitya Bervar diqqətə çatdırıb ki, AZƏRTAC-ın 95 illik yubileyində dünyanın mötəbər media qurumlarının və informasiya agentliklərinin rəhbərlərinin iştirakı onun beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov göstərilən diqqətə görə Sloveniya parlamenti Milli Şurasının sədrinə təşəkkürünü bildirib. Qeyd edib ki, tarixən sıx əlaqələrə malik Azərbaycan və Sloveniya arasındakı əməkdaşlıq son on ildə dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Baş direktor İkinci Dünya müharibəsində böyük şücaət göstərmiş Mehdi Hüseynzadəyə Sloveniyada dərin rəğbət və ehtiram bəslənilməsinin şahidi olduğunu və bundan məmnunluq duyduğunu diqqətə çatdırıb.
Mitya Bervar 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda eyni vaxtda Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının keçiriləcəyindən məlumatlı olduğunu bildirib. AZƏRTAC-ın 2016-2019-cu illərdə bu mötəbər beynəlxalq qurumlara sədrlik etməsini onun qazandığı nüfuzun daha bir təsdiqi kimi dəyərləndirib.
Görüşdə çıxış edən Sloveniya parlamentinin deputatı Rudi Matjasic Bakıya səfər zamanı iki xalq arasında bir çox ümumi dəyərlərə şahid olduğunu bildirib. Buna iki xalqın ortaq qəhrəmanı olan Mehdi Hüseynzadəni misal göstərən deputat Sloveniyada onun şərəfinə marka istehsal olunduğunu qeyd edib.
Sloveniyanın Bakıdakı fəxri konsulu Elnur Allahverdiyev Milli Şuranın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı bir sıra mühüm görüşlərin keçirildiyini və aparılan danışıqların nəticəsi olaraq 2016-cı ildə Bakıdan Sloveniyanın Maribor şəhərinə birbaşa təyyarə reysləri açılmasına dair razılıq əldə edildiyini bildirib. Qeyd edilib ki, bu hava körpüsü ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə təkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

