Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında mədəni irs nümunələrini məhv edib
13.03.2015 [14:55]
Millət vəkili Rauf Əliyevin təklifi ilə MDB üzvü olan dövlətlərdə mədəni irsin qorunması barədə Konvensiyanın hazırlanmasının Ermənistana həvalə olunmasından imtina edilib
11-12 mart tarixlərində Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın “Mədəniyyət, informasiya, turizim və idman üzrə” daimi komissiyasının iclası keçirilib. İclasda Rusiya, Belarus, Moldova, Qazaxıstan, Tacikistan, Azərbaycan və Ermənistanın nümayəndələri iştirak ediblər. Tədbirdə MDB Parlamentlərarası Assambleyanın “Mədəniyyət, informasiya, turizim və idman üzrə” daimi komissiyasının sədri E.Tarlo və MDB Parlamentlərarası Şuranın Baş katibi A.Sergeyev çıxış ediblər.
Azərbaycanı bu iclasda Milli Məclisin deputatı Rauf Əliyev təmsil edib. Ümumilikdə, tədbirdə 17 müxtəlif məsələlər ətrafında, o cümlədən, modul qanunlar, “elektron hökumət”, könüllülər, turizim fəaliyyəti, gənclərin asudə vaxtlarının təşkili, kitabxana işi, MDB üzvü olan dövlətlər arasında idman yarışlarının və müxtəlif spartakiadaların təşkili və s. məsələlər müzakirə olunub.
Yeri gəlmişkən, gündəlikdə 10-cu məsələ kimi MDB üzvü olan dövlətlərdə mədəni irsin qorunub saxlanması barədə Konvensiyanın hazırlanmasına münasibət nəzərdə tutulmuşdu. Bu məsələ barəsində hazırlanmış qərar layihəsində bu Konvensiyanın Ermənistan tərəfindən hazırlanması təklif edilmişdi. Amma Azərbaycan nümayəndə heyəti buna öz etirazlarını bildirib. Daimi komissiyanın üzvü, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək bildirib ki, hər bir dövlətin özünəməxsus mədəni irsi var: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında mövcud olan, xalqımıza məxsus mədəni irs nümunələrini tamamilə məhv edib. Buna görə də, belə bir Konvensiyanın hazırlanmasını Ermənistana həvalə etmək olmaz”.
İclasda Rauf Əliyevin bu təklifi nəzərə alınıb və MDB üzvü olan dövlətlərin hər birinin nümayəndəsinin iştirakı ilə Belarus nümayəndəsinin rəhbərliyi əsasında işçi qrupu yaradılıb. Konvensiyanın hazırlanmasına Azərbaycan Mədəniyyət və Turizim Nazirliyinin mütəxəssisləri cəlb olunacaq. Qeyd edək ki, daimi komissiyanın payız sessiyasında bu Konvensiyanın qəbulu məsələsinə baxılacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

