AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Milli Məclisdə olub
13.03.2015 [14:57]
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Volter martın 12-də Milli Məclisdə olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüş keçirilib.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan-Avropa münasibətlərinin məmnunluq doğurduğunu söyləyib.
Məlumat verilib ki, Azərbaycanda 50-dən artıq siyasi partiya qeydiyyatdan keçib və onlardan 11-i parlamentdə təmsil olunur. Qonağa bu il ölkəmizdə keçiriləcək növbəti parlament seçkilərinə hazırlıq işləri və siyasi partiyalar arasında mövcud olan dialoq, keçirilən görüşlər haqqında məlumat verilib.
Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açan S.Novruzov Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini, hər gün cəbhə xəttində ağır silahlardan istifadə edilməklə atəşkəsi 30-35 dəfə pozduğunu diqqətə çatdırıb. O, Azərbaycanın hər zaman sülhün, sabitliyin tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə çıxış edən digər partiyaların nümayəndələri Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan qondarma məhkəmə prosesindən danışıblar. Bildirilib ki, saxta məhkəmə oyunu içərisində qəbul edilən “qərarlar” insan hüquqlarının pozulmasının bariz nümunəsidir.
Robert Volter mandatına uyğun olaraq gördüyü işlərdən danışıb. Bildirib ki, bu mandat Ermənistan tərəfinin narazılığına səbəb olub. Belə ki, qurumda təmsil olunan Ermənistan parlamentariləri onunla əməkdaşlıqdan imtina ediblər. Qonaq səfəri çərçivəsində bir sıra vacib görüşlər keçirəcəyini bildirib.
Sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.
Azərbaycanın Avropa Şurasındakı fəaliyyətindən danışan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizlə bağlı həqiqətlərin Avropaya çatdırılması istiqamətində görülən işləri qeyd edib. Bildirilib ki, 2005-ci ildə Avropa Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul olunub və Ermənistan prezidenti öz çıxışında bu sənədi nəzərə almaq fikrində olmadığını söyləyib. Bundan sonra Ermənistan rəhbərliyi və nümayəndə heyəti Dağlıq Qarabağ və işğal olunmuş digər torpaqlarla bağlı yaradılmış alt komitənin işindən imtina edib.
S.Seyidov təəssüflə bildirib ki, Avropa Şurasında separatçılara, beynəlxalq hüququn pozulmasına obyektiv yanaşma kifayət qədər deyil.
Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan dəqiq yol seçib. Bu yol inkişaf yoludur. Azərbaycan dünyada güclü, demokratik, beynəlxalq proseslərdə öz yeri və rolu olan bir ölkə olmaq siyasətini seçib. Bu inkişaf siyasəti ilə ölkəmiz gec-tez işğal altındakı torpaqlarını geri qaytaracaq.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57

