/ / Azərbaycanın xalq rəssamı Tahir Salahov Fransanın “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib
Azərbaycanın xalq rəssamı Tahir Salahov Fransanın “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib
19.03.2015 [10:13]
Azərbaycanın Xalq rəssamı, dünya şöhrətli sənətkar Tahir Salahov Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə martın 18-də İçərişəhərdə, Tahir Salahovun ev muzeyində təqdimat mərasimi keçirilib.
Hökumət rəsmilərinin, Bakıdakı diplomatik korpusun nümayəndələrinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən Fransanın ölkəmizdəki səfiri Paskal Menye bildirib ki, Tahir Salahov öz əsərləri ilə Qərb və Şərq arasında körpü yaradan sənətkarlardandır. O, özünəməxsus tərzdə - boyaların dili ilə Fransa xalqının da qəlbini fəth edib. Rəssam Parisdə təşkil edilən sərgilərində Azərbaycan xalqının malik olduğu yüksək mədəni dəyərləri bir daha qərb tamaşaçılarının diqqətinə çatdırıb.
Diplomat deyib ki, sənətkarın əsərlərinə qiymət verən fransız modelyeri Pierre Kardin öz məqaləsində rəssamı tarixdə böyük iz qoyacaq sənətkar kimi dəyərləndirərək, onun əsərlərində xüsusi bir reallıq olduğunu vurğulayıb.
Paskal Menye deyib: “Biz bu yüksək mükafatı Tahir Salahova Fransada təqdim etmək niyyətində idik. Lakin sənətkar israrla burada, Bakıda təqdim olunmasını istədi. Bu, bir daha onun doğma yurda bağlılığını, Azərbaycana sevgisini göstərir”.
Səfir Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Şərəf Legionu” ordenini Tahir Salahova təqdim edib.
Tahir Salahov da öz növbəsində səfirə və Fransa dövlətinin başçısına minnətdarlığını bildirib.
Dünya şöhrətli rəssam deyib: “İlk dəfə 1963-cü ildə Fransada təşkil edilən sərgidə gənc rəssam kimi iştirak etməyimə baxmayaraq əsərlərim sevildi. Dünya şöhrətli bəstəkar Qara Qarayevin portreti xüsusi maraqla qarşılandı”.
Sənətkar bildirib ki, bu gün məhz burada toplaşmağımıza səbəb Bakının ürəyi sayılan qədim İçərişəhərdir. Çünki İçərişəhərdə M.Lermontov, A.Düma, M.Rostropoviç, P.Kardin kimi neçə-neçə bənzərsiz söz və incəsənət xadimləri olub. Bu baxımdan da təqdimatın burada təşkili mənim üçün olduqca əhəmiyyətlidir.
Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Tahir Salahov bu mükafatı təkcə özünə yox, bütövlükdə Azərbaycan təsviri sənətinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16

