MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Milli Məclisdə olub
19.03.2015 [10:29]
Martın 18-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyi münasibətilə ölkəmizdə səfərdə olan MDB Parlamentlərarası Assambleyasının (PA) nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Qələbənin 70 illiyi ilə əlaqədar MDB PA çərçivəsində keçirilən görüşləri və tədbirləri yüksək qiymətləndirib. Bildirib ki, bu tədbirlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edəcək. “Faşizm üzərində Qələbə bizim ümumi qələbəmizdir”, - deyən Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, qələbənin əldə olunmasında Azərbaycanın oğul və qızlarının müstəsna xidmətləri olub.
1941-1945-ci illər müharibəsində Azərbaycan əhalisinin hər beş nəfərindən birinin döyüşlərin iştirakçısı olduğunu bildirən Ziyafət Əsgərov qeyd edib ki, ölkəmizdən 600 mindən çox insan cəbhəyə yollanıb, onların da yarıdan çoxu igidliklə həlak olub. Minlərlə soydaşımız döyüş orden və medalları ilə təltif olunub. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adını alıb. Onların arasında Həzi Aslanov kimi iki dəfə bu ada layiq görülmüş oğullarımız da var.
Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, müharibənin odlu-alovlu illərində Azərbaycan cəbhəni neft və neft məhsulları ilə təmin edən əsas ölkə idi. O dövrdə SSRİ-də hasil olunan neftin 70 faizdən çoxunu verən Azərbaycan neftçilərinin hünəri danılmazdır. Bakıda 130-dan çox növdə döyüş silah-sursatı istehsal edilirdi.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının üzvü Lyudmila Kozlova Azərbaycanda 1941-1945-ci illər müharibəsindəki Qələbəyə və həmin müharibənin veteranlarına bəslənilən yüksək münasibətdən məmnunluqla danışıb. O, mayın 9-da qeyd olunacaq Qələbə gününün tarixi əhəmiyyətini vurğulayıb.
* * *
Görüşdən sonra MDB PA-nın nümayəndə heyəti jurnalistlər üçün brifinq keçirib. Lyudmila Kozlova brifinqdə MDB PA çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib.
Berlinədək döyüş yolu keçmiş general-polkovnik Tofiq Ağahüseynov brifinqdə fikirlərini bölüşüb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

