/ / İsveçrənin Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri tanımaması barədə sənəd Azərbaycan tərəfinə təqdim edilib
İsveçrənin Dağlıq Qarabağda keçiriləcək qondarma seçkiləri tanımaması barədə sənəd Azərbaycan tərəfinə təqdim edilib
20.03.2015 [11:23]
Martın 19-da Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan İsveçrə dövlət katibinin müavini, Federal Xarici İşlər Departamentinin siyasi direktor müavini Corc Martinlə görüşüb.
AZƏRTAC xəbər verir ki, ölkələrimizin müxtəlif istiqamətlərdəki əməkdaşlığından danışan Bahar Muradova Azərbaycanla İsveçrənin münasibətlərinin dostluq, tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslandığını söyləyib.
Milli Məclis sədrinin müavini ölkələrimizin dünyanı narahat edən məsələlərin həlli istiqamətində beynəlxalq qurumlardakı birgə fəaliyyətini, İsveçrənin ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə töhfə vermək istəyini qeyd edib. Diqqətə çatdırılıb ki, İsveçrə beynəlxalq hüquq prinsiplərinə müvafiq olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır.
Corc Martin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli güclü əlaqələrin qurulduğunu vurğulayaraq, müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanların olduğunu söyləyib. Qonaq ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində maraqlı olduğunu bildirib. Qeyd edib ki, bu gün dünyada mövcud olan bütün münaqişələrin həllinə diqqət yetirilməlidir, heç bir münaqişə “dondurulmuş” adlandırılmamalıdır.
C.Martin İsveçrənin Federal Xarici İşlər Departamentinin bu ölkənin Dağlıq Qarabağda keçiriləcək qondarma parlament seçkilərini tanımadığı barədə sənədi Bahar Muradovaya təqdim edib. Sənəddə deyilir ki, beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam hörmət edərək İsveçrənin Federal Xarici İşlər Departamenti 2015-ci il mayın 3-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçiriləcək “seçkiləri” etibarsız hesab edir. İsveçrənin Federal Xarici İşlər Departamenti bir daha vurğulayır ki, departament həll edilməmiş Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən xəbərdardır və müəyyən olunmuş formatlar çərçivəsində bu münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun səylərini dəstəkləməkdə davam edir.
Qonaq Bakıda olduğu müddətdə şəhərin tarixi, mədəni yerləri, eləcə də dünya ölkələri üçün nümunə sayıla bilən “ASAN xidmət”in fəaliyyəti ilə yaxından tanış olduğunu və bunu yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Görüşdə parlamentlərarası münasibətlərin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

