Zakir Həsənov: Silahlı Qüvvələrimiz düşmənin bütün təxribatlarına layiqli cavab verir
03.04.2015 [10:01]
“Bu gün Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir. Silahlı Qüvvələrimiz düşmənin bütün təxribatlarına layiqli cavab verir. Düşmən böyük itkilər verir. Xüsusilə qeyd etmək istəyirəm ki, son zamanlar düşmən ordusu vahimə içindədir. Azərbaycan tərəfə keçən əsgərlər də bu məlumatları bizə çatdırırlar. Biz müxtəlif vasitələrlə də Ermənistan ordusundakı vəziyyəti izləyirik. Əldə etdiyimiz məlumatlar da bunu sübut edir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Üçtərəfli görüşün nəticələrini yüksək qiymətləndirən Z.Həsənov bildirib ki, Azərbaycan tərəfi bu müzakirələrdə regionda baş verən hadisələr, xüsusən də Ermənistanın təcavüzkar siyasəti barədə bir daha məlumat verib, birgə hərbi əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.
Ali Baş Komandanın birbaşa diqqət və qayğısı sayəsində bu gün Azərbaycan Ordusunun çox gücləndiyini deyən Z.Həsənov deyib ki, Ermənistanda da bunu tam başa düşür və etiraf edirlər. Son vaxtlar onların keçirdikləri uğursuz əməliyyatlar, verdikləri itkilər də bunu sübut edir. Qarşı tərəf bu ilin əvvəlindən 30-dan çox hərbi qulluqçu itirib. Bu, onların yalnız etiraf etdikləri rəqəmdir. Bəzi məlumatlara görə, bu rəqəm 50-dən çoxdur. Ermənistan ordusunun uğursuzluqları bu dövlətin daxili siyasətinə, eyni zamanda, əhalinin əhval-ruhiyyəsinə də mənfi təsir göstərir. Erməni xalqı küçələrə çıxır, nümayişlər keçirir. Onlar cəbhədəki vəziyyətin, o cümlədən, itkilərin gizlədilməsinə Ermənistanın Müdafiə Nazirliyi, Prezident Aparatı qarşısında etiraz edir, qeyri-döyüş zamanı baş verənlərin araşdırılmasını tələb edirlər.
Nazir xüsusi olaraq vurğulayıb ki, artıq düşmən ordusunun əsgərləri Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirə bilməyəcəklərini dərk edirlər. Bu da təbiidir. Çünki Azərbaycanın uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişaf Silahlı Qüvvələrimizin daha da güclənməsinə, hərbi qüdrətinin artmasına birbaşa təsir göstərir.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

