/ / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təsisçilərindən biri olan Əlağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı tədbir keçirilib
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təsisçilərindən biri olan Əlağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı tədbir keçirilib
17.04.2015 [10:11]
Aprelin 16-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) təsisçilərindən biri, görkəmli hərbi xadim, general-leytenant Əlağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə iştirak edib.
Tədbiri açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov bildirib ki, Azərbaycanın görkəmli hərbi xadimi, tanınmış hərbçi alim, general-leytenant Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq ölkəmizdə bir sıra tədbirlər təşkil edilir. Belə tədbirlərin bəziləri də Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən keçirilir.
Diqqətə çatdırılıb ki, Əlağa Şıxlinski Qızıl Aypara Cəmiyyətinin yaradılmasında, onun inkişafında önəmli rol oynayıb. 1920-ci ildə Əlağa Şıxlinski və Fətəli Xan Xoyski tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət dəstəyinin təmin olunması üçün hökumətə müraciət edilmişdi.
N.Aslanov AzQAC-ın tarixi, fəaliyyəti və keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib. Qeyd edib ki, Cəmiyyət Azərbaycan Xalq Cümhuriyyəti, sovet hakimiyyəti dövründə və ölkəmizin müstəqilliyinin bərpasından sonra insanların sosial problemlərinin həllinə öz töhfələrini verib. N.Aslanov müstəqillik dövründə Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə göstərilən diqqət və qayğıdan da danışıb. Qeyd edilib ki, məhz Ümummilli liderin diqqət və qayğısının nəticəsində Milli Məclisdə 1994-cü il noyabrın 25-də “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işini yaxşılaşdırmaq” haqqında qərar qəbul olunub.
Qızıl Aypara Cəmiyyətinin 95 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən Cəmiyyətin bir qrup əməkdaşının müxtəlif orden və medallarla təltif edildiyini vurğulayan N.Aslanov kollektivə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Bundan sonra da işlərində məsuliyyətli, şəffaf olacaqlarını, humanitar layihələrin daha da genişləndirilməsi istiqamətində bütün əməklərini səfərbər edəcəklərini vurğulayıb.
Tədbirdə çıxış edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda milli ordunun yaradılmasının, müxtəlif şəraitlərdə - fövqəladə hallar və fəlakət qarşısında qalmış insanlara yardım siyasətinin təməlini qoymuş Əlağa Şıxlinskinin 150 illik yubileyinin qeyd olunduğunu xatırladıb. Əli Həsənov Azərbaycan Prezidentinin Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq görkəmli hərbi xadimin xidmətlərinə dair müxtəlif araşdırmaların aparıldığını, bir sıra tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ayda əsası qoyulan bir çox işlər müstəqillik illərində davam etdirilib. Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Ümummilli lider Azərbaycan Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş siyasi, iqtisadi, sosial, mədəni, mənəvi nə var idisə onların hamısının bərpa olunması siyasətini həyata keçirdi.
Əli Həsənov Əlağa Şıxlinskinin 150 illik yubileyi ilə yanaşı, bu yaxınlarda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 95 illiyinin qeyd edildiyini də xatırladıb. Bildirib ki, Azərbaycan dövləti Qızıl Aypara Cəmiyyətinə hər zaman xüsusi diqqət və qayğı göstərib. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin formalaşmasına dair qərar qəbul edilib. Sonralar Cəmiyyətin bütün Azərbaycan ərazisində xeyriyyə tədbirlərinin, insanlara fövqəladə hallarda ilkin yardım göstərilməsi sahəsindəki fəaliyyətinin təkmilləşdirilməsi işinə də dövlət xüsusi dəstək verib. 1994-cü ildən bu günə qədər Cəmiyyətlə bağlı müxtəlif illərdə həm qanunlar qəbul olunub, həm də dövlətimizin başçısı tərəfindən Fərman və sərəncamlar imzalanıb.
Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qızıl Aypara Cəmiyyətinin bir qrup əməkdaşının müxtəlif orden və medallarla təltif edildiyini bildirib, həmin orden və medalları sahiblərinə təqdim edib.
Tədbir müzakirələrlə davam etdirilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran ölkəmizdə Qızıl Aypara Hərəkatına verilən yüksək qiymətdən danışıb. O, AzQAC-ın təsisçilərindən biri olan Əlağa Şixlinskiyə həsr olunan tədbirdə iştirakından məmnunluğunu bildirib.
Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir qrup fəalına “Qızıl Aypara” medalı təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56

