Qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayrılıb
02.06.2015 [16:28]
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmaqda davam edir.
Bu məqsədlə iyunun 1-də Dövlət Komitəsində maliyyə yardımı ayrılmış qeyri-islam dini icmalarının sədrlərinin iştirakı ilə toplantı keçirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli Sərəncamına əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.
Toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, 2011-ci ildən dövlət tərəfindən qeyri-islam dini icmalara maliyyə yardımı ayrılır. Həmin icmaların ölkəmizdə fəal və səmərəli fəaliyyət göstərdiklərini, Azərbaycanın maraqlarını müdafiə etdiklərini təqdirəlayiq hal kimi dəyərləndirən komitə sədri dövlətin dini icmalara dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Mübariz Qurbanlı qeyd edib ki, 19 qeyri-islam dini icmasına 380 min manat maliyyə vəsaiti ayrılıb və həmin vəsait ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək.
Bu gün Azərbaycanın dünyanın diqqət mərkəzində olduğunu vurğulayan Dövlət Komitəsinin sədri ölkəmizin daha bir beynəlxalq yarışa - ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırladıb.
Ölkəmizdə dövlət-din münasibətlərindən danışan komitə sədri bildirib ki, Azərbaycan Prezidenti və Heydər Əliyev Fondu ölkəmizdə tolerantlığın və multikulturalizmin inkişafı istiqamətində böyük işlər görür, məscid, ziyarətgah, eləcə də kilsə və sinaqoqlar əsaslı təmir və bərpa olunur. Bildirilib ki, ölkəmizdə tarixən də dini ayrı-seçkiliyə yol verilməyib və Azərbaycanda hökm sürən tolerantlıq dünyaya nümunə kimi göstərilə bilər. Azərbaycanın ictimai - siyasi həyatında din özünəməxsus yer tutur və ölkəmizdə ictimai - siyasi və dini sabitlik hökm sürür. İstər müsəlman, istərsə də xristian ölkələri ətrafında gedən prosesləri diqqətlə izləməli və ondan nəticə çıxarmalıyıq.
Radikalizmlə mübarizədə bütün dini icmaları fəal olmağa çağıran DQİDK sədri icma sədrlərinə fəaliyyətlərində dini maarifləndirmənin genişləndirilməsinin vacibliyini tövsiyə edib.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev toplantıda çıxış edərək dini icmalara ayrılan vəsaitə görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürünü bildirib. İcma sədri Azərbaycanın multikultural və tolerant ölkə olduğunu qeyd edib.
Alban - Udi Xristian dini icmasının sədri Robert Mobili dini maarifləndirmə nəticəsində radikalizmə qarşı mübarizə aparılmasının zəruriliyini diqqətə çatdırıb. O, ölkə rəhbərliyinin bu işdə qeyri-islam dini icmalarına göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının provaslav dini təşkilatının nümayəndəsi Elnur Əfəndiyev təmsil etdiyi təşkilat adından Azərbaycan Prezidenti İlham Əliyevə dini icmalara maliyyə yardımının ayrılması ilə bağlı imzaladığı Sərəncama görə minnətdarlığını bildirib.
Sonda qeyri-islam dini icmaları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə Azərbaycanda yaşayan yəhudi, xristian və digər dinlərə mənsub müxtəlif dini qurumların rəhbərləri qeyri-islam təmayüllü dini icmalara dövlət tərəfindən maliyyə yardımı göstərilməsinə görə Prezident İlham Əliyevə sonsuz təşəkkürlərini bildirib, vahid Vətənimiz olan doğma Azərbaycanımızın tərəqqisi və firavan günlərə qovuşması naminə həyata keçirdiyi möhtəşəm işlərdə böyük uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayıblar. Müraciətdə deyilir: “Dini qurumlara dövlət büdcəsindən maddi yardım göstərilməsi artıq ənənəyə çevrilib və biz bunu təqdir etməklə yanaşı, həm də dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycana xas xüsusiyyət kimi qiymətləndiririk. Hesab edirik ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər dini qurumlarla münasibətdə bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər”.
Xəbər lenti
Hamısına baxSosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18

