Mətbuat Şurasının sədri Tiflisdə beynəlxalq konfransda iştirak edib
03.07.2015 [09:54]
Gürcüstanın paytaxtı Tiflisdə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində söz azadlığı və medianın özünütənzimləmə məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin təşkilatçılığı ilə baş tutmuş toplantıda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak ediblər.
Toplantıda şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. MŞ sədri Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətilə bağlı məruzə edib, ölkəmizdə söz və ifadə azadlığına dair spesifik məqamlardan söhbət açıb. Şura sədri, həmçinin, bildirib ki, internet media resurslarının sürətlə artdığı hazırkı şəraitdə onların ictimai tənzimlənməsinə də həssas yanaşılmalıdır. Təəssüf ki, biz heç də həmişə bu həssaslığın şahidi ola bilmirik. Əksinə, xoşagəlməz hallarla üzləşirik və bu hallar təkcə internet media ilə əlaqəli olmur. Ümumən söz və ifadə azadlığına baxış məsələsini aktuallaşdırır: “Birinci Avropa Oyunları müstəvisində Azərbaycana təzyiq cəhdlərinin şahidi olduq. İdman hadisəsini əsassız olaraq söz və ifadə azadlıqları kontekstinə daşıma meyillərini gördük. Əlbəttə, belə hallar Oyunların ümumi ab-havasına təsir göstərə bilməzdi. Hər bir halda, düşünürük ki, söz və ifadə azadlığı bir meyardırsa, bu meyar alətə çevrilməməlidir”, - deyən Ə.Amaşov iştirakçıların diqqətini vacib məqama çəkib. Toplantıda mövcud xüsusda müzakirələr aparılıb. Azərbaycanlı nümayəndələr birinci Avropa Oyunlarının işıqlandırılması xüsusiyyətlərinə dair sualları cavablandırıblar. MŞ sədri Oyunların Azərbaycan jurnalistləri üçün də mühüm təcrübə olduğunu vurğulayıb, yerli medianın prosesdə aktiv iştirakından söz açıb.
Müzakirələrdə internetin geniş yayılması ilə yeni üsul və vasitələr əldə edən medianın daha dərindən təhlilinə, söz və ifadə azadlığına təhlükə yarada biləcək mümkün manipulyasiya vasitələrinin, o cümlədən, plagiat hallarının aradan qaldırılması istiqamətində konkret tədbirlərə ehtiyac duyulduğu önə çəkilib, Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin perspektiv fəaliyyət istiqamətlərinə nəzər salınıb.
Xəbər lenti
Hamısına baxSosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18

