İtaliyada “Via della seta” (“İpək yolu”) jurnalının növbəti nömrəsi çap edilib
07.07.2015 [10:12]
İtaliyada “Via della seta” (“İpək yolu”) jurnalının növbəti nömrəsi çapdan çıxıb. Nəşrdə ölkəmizin mədəniyyəti, iqtisadiyyatı, turizm və idman sahələrindəki potensialından, İtaliya ilə müxtəlif istiqamətlərdə əlaqələrimizdən bəhs edilib.
Jurnalda Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşü barədə məlumat verilir və bu səfərin dövlətlərimiz arasındakı əlaqələrə töhfəsi geniş təhlil olunur.
Nəşrdəki “Azərbaycanın tolerantlıq modeli dünya üçün örnək ola bilər” sərlövhəli yazıda ölkəmizdə mövcud multikultural mühitin Avropada, o cümlədən, İtaliyada təbliği istiqamətində keçirilmiş tədbirlərdən bəhs olunur.
Jurnalın bu nömrəsində, həmçinin, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın tarixi ilə bağlı geniş məqalə yerləşdirilib. Yazıda Qarabağın insanların məskunlaşdığı qədim yaşayış məskənlərindən biri olması, burada tarixən yaşamış xalqlar və bu bölgənin adət-ənənələri, mədəniyyəti, incəsənəti, ədəbiyyatı ilə bağlı məqamlara toxunulur. Eyni zamanda, tarixin müxtəlif mərhələlərində ermənilərin bu bölgədə etnik təmizləmə siyasəti həyata keçirməsi və əsassız iddialar irəli sürməsi, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verilir.
Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli bu kimi nəşrlərin xalqlarımızın bir-birini daha yaxından tanıması, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi imkanlarının təhlili baxımından önəmli vasitələr olduğunu bildirib. Qeyd edib ki, “Via della seta” jurnalı Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Nəşr vasitəsilə italiyalı oxucular ölkəmizin beynəlxalq əlaqələri, iqtisadi inkişafı, zəngin mədəni irsi və qədim tarixi barədə ətraflı məlumatlar əldə edə bilərlər.
Azərbaycan-İtaliya Assosiasiyasının səyi nəticəsində ərsəyə gələn nəşr ildə dörd dəfə buraxılır. Jurnalın çapdan çıxmasında əsas məqsəd Azərbaycan-İtaliya əlaqələrinin inkişafına töhfə verməkdir.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53

