Bakıda Fransanın milli bayramı qeyd edilib
15.07.2015 [09:54]
İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye çıxış edərək ölkəsinin inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib.
Ölkələrimiz arasındakı əlaqələrdən söhbət açan diplomat qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin və danışıqların münasibətlərimizin inkişafına əlverişli zəmin yaratdığını deyib.
Azərbaycanın dinamik inkişafını qeyd edən səfir siyasi, iqtisadi əlaqələrin, habelə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Fransa münasibətlərinin inkişafına verdiyi töhfələr qeyd edilib.
Səfir Bakıda ilk Avropa Oyunlarının çox uğurla keçdiyini vurğulayıb. O, Fransanın Oyunlarda 250 nəfərlik nümayəndə heyəti ilə təmsil olunaraq 5-ci pillədə qərarlaşdığını xatırladıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva əlamətdar gün münasibətilə Azərbaycan hökuməti adından Fransa xalqını təbrik edib. O, ölkələrimiz arasında əlaqələrin dərin tarixi köklərinin olduğunu, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, siyasət, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Əlavə edib ki, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan və Fransa hökumətləri arasında iqtisadi komissiya və parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. “Biz inanırıq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə töhfəsini verəcək”, - deyə S.Məmmədəliyeva qeyd edib.
Qəbula rəsmi şəxslər, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri qatılıblar.
Tədbirdə, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva iştirak edib.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

