Vüqar Rəhimzadə: Bu gün Azərbaycan mətbuatı özünün intibah dövrünü yaşayır
24.07.2015 [09:24]
“Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə keçirdiyi görüşdə media, mətbuatımızın bu günü, qarşıda duran vəzifələr və gördüyümüz işlərlə bağlı çox səmərəli, dəyərli, zəngin müzakirələr aparıldı”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadənin sözlərinə görə, bu gün Azərbaycan mediasının nümayəndələri möhtərəm Prezidentimizdən yüksək qayğı görür: “Dövlət başçısına təşəkkürümü bildirirəm ki, digər sahələr kimi, mətbuata da xüsusi önəm verir və diqqət yetirir. Görüşdə bir çox məsələlərə toxunuldu. Xüsusilə də orada möhtərəm Prezidentimizin nitqində xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, azərbaycançılıq ideologiyasının həyata keçirilməsində mətbuatın qarşısında duran vəzifələr və s. ilə bağlı fikirlərə geniş yer ayrıldı. Həqiqətən də bu gün Azərbaycan mətbuatı uğurla inkişaf edir və özünün intibah dövrünü yaşayır. Bizim vəzifələrimizdən ən başlıcası elektron media orqanlarının bir çox xarici dillərdə fəaliyyətini genişləndirmək, eyni zamanda, dünya ölkələrinin aparıcı media orqanları ilə əməkdaşlığın qurulmasına nail olmaqdır. Bu, bizim üçün ən vacib məsələlərdən biridir.
Görüşdə möhtərəm Prezidentimiz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxundu. Bununla belə, qəbulda mətbuatın reklam bazarı, eləcə də jurnalistləri düşündürən məsələlərə yer ayrıldı. Dövlət başçısı həmin anda buna Öz münasibətini bildirdi və bu yöndə məsələlərin həll olunması istiqamətində aidiyyəti tapşırıqlar, göstərişlər verdi. Görüşdə səsləndirilən fikirlər televiziya vasitəsilə geniş şəkildə ictimaiyyətə də çatdırıldı”.
V.Rəhimzadə, həmçinin, Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə jurnalistlərin mükafatlandırılması ilə bağlı imzaladığı sərəncamlara da münasibət bildirib: “Media orqanlarının 200-ə yaxın aparıcı əməkdaşlarının dövlətin Ali mükafatları ilə təltif olunması, hesab edirəm ki, bu sahədə fəaliyyət göstərən insanlara cənab Prezidentin ən böyük diqqəti və qayğısıdır. Jurnalistlərə Prezident təqaüdünün, “Tərəqqi” medalının, “Vətənə xidmətə görə” ordeninin, “Əməkdar jurnalist” fəxri adının verilməsi sözün həqiqi mənasında çox böyük şərəfdir. Artıq bu, ənənə halını alıb”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

