Leyla Yunusun qanunsuz əməlləri növbəti dəfə ifşa edildi
04.08.2015 [01:22]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Leyla Yunus və əri Arif Yunusun işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, prosesə Əfqan Hacıyev (sədrlik edən), Rasim Sadıxov və Fikrət Qəribovdan ibarət tərkib hakimlik edib. Dövlət ittihamçısı Fərid Nağıyevin iştirakı ilə iclas saat 10:25-də başlayıb.
Prosesdə, həmçinin, təqsirləndirilən şəxs L.Yunusun müdafiəçiləri Ramiz Məmmədov və Elçin Qəmbərov, əri A.Yunusun müdafiəçisi Əfqan Məmmədov, zərər çəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanov iştirak ediblər.
Məhkəməyə sədrlik edən hakim iclası açıq elan etdikdən sonra şahid qismində iclasa dəvət edilmiş Məmmədov Sahib Məlik oğlunun dindirilməsinə başlanılıb. S.Məmmədov ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərib ki, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatı faktiki olaraq Leyla Yunusova tərəfindən idarə olunub, onun bir sıra qrant müqavilələrini həmin təşkilatın adına bağlamaqla layihələr icra etməsindən xəbərdardır.
Bundan sonra dövlət ittihamçısı tərəfindən S.Məmmədova sual verilərkən təqsirləndirilən A.Yunus saxlanıldığı şüşə kamerada olan skamyaya uzanıb, digər təqsirləndirilən L.Yunus isə qışqıraraq ona tibbi yardım göstərilməsini bildirib.
Məhkəmə iclasında sədrlik edən məhkəmə nəzarətçilərinə təcili tibbi yardımın çağırılmasını bildirərək prosesdə fasilə elan edilməsini bildirib. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 8 saylı Yardımçı stansiyasının tibb heyəti tərəfindən A.Yunusa ilkin tibbi yardım göstərilib, ona hipertoniya diaqnozu (arterial təzyiq 210/110) qoyulub.
Göstərilmiş tibbi yardımla A.Yunusovun arterial təzyiqi nəzarət altına alınıb, məhkəmə iclasında sədrlik edən tərəfindən iclas yenidən başlanıldığı zaman 8 saylı Yardımçı stansiyanın həkimi İ.Loboda A.Yunusun göstərilmiş tibbi yardımla səhhətinin normallaşdığını, sonuncunun məhkəmə iclasında iştirak edə biləcəyini, lakin özünün uzanaraq durmaq istəmədiyini bildirib.
Bu səbəbdən sədrlik edən tərəfindən məhkəmə iclasında saat 13:00-dək fasilə elan edilib, fasilə zamanı A.Yunus həkim tərəfindən müayinə olunub. Həkim A.Yunusun səhhətinin hazırda onun prosesdə tam normal iştirakına imkan vermədiyini bildirib.
Qeyd edilənlərə əsasən, məhkəmə iclasında sədrlik edən iclasın təxirə salınmasını və növbəti iclasın 04 avqust 2015-ci il tarixə, saat 10:00-a təyin edilməsini elan edib.
Xəbər lenti
Hamısına baxSosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18

