Xədicə İsmayılovanın əsl xisləti Azərbaycan cəmiyyətinə yaxşı məlumdur
11.08.2015 [10:06]
Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə prosesində zərərçəkənin və şahidlərin ifadəsi dinlənilib.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Azadlıq” radiosu və “Meydan” TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
T.Mustafayev Baş Prokurorluğa müraciət edərək, “Azadlıq” radiosunun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib. Səbail rayon Məhkəməsinin 5 dekabr 2014-cü il tarixli qərarı ilə X.İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.
Ümumiyyətlə, X.İsmayılovanın əsl xisləti Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Belə ki, o, öz “fəaliyyəti” ilə aşkar şəkildə başqa-başqa dövlətlərin maraqlarına xidmət etdiyini təsdiqləyib. X.İsmayılova Azərbaycanın qazandığı uğurları nəinki heç vaxt təqdir etməyib, əksinə, buna müxtəlif don geyindirməyə çalışıb və yalnız əsassız tənqidlərə üstünlük verib. Bütün bunlar isə onun siyasi sifarişlə çalışmasının göstəricisidir. Digər tərəfdən, X.İsmayılova və bu tip digər insanların Azərbaycanın uğurlarına qısqanc münasibəti təkcə siyasi müstəvidə məhdudlaşmır. Belə ki, hətta Azərbaycanın mədəni sahədə, elm və təhsilin inkişafında əldə etdiyi nailiyyətlər də bu insanlar tərəfindən fərqli istiqamətdə yozulur, özünəməxsus şəkildə “dəyərləndirilir”. Məsələn, Azərbaycanın “Eurovision” yarışmalarında uğur əldə etməsi, o cümlədən, bu yarışın 2012-ci ildə Bakıda keçirilməsi X.İsmayılovanı və onun xarici havadarlarını ciddi narahat etmişdi.
Bundan başqa, X.İsmayılova “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olarkən xeyli qanunsuzluqlara da yol verib. Lakin sonradan bu əməllərin üstü açılıb. Belə ki, Xədicə İsmayılovanın məlum əməllərinin coğrafiyası yalnız Azərbaycanla məhdudlaşmayıb, o, həmçinin, özünəxas “məharətlə” radionun baş ofisinə də kələk gəlib. Məlum olduğu kimi, hüquq-mühafizə orqanları Xədicə İsmayılovanın bir sıra iqtisadi xarakterli cinayət əməllərinə yol verdiyinin aşkarlayıb. Ona qarşı həm də vergidənyayınma ittihamı irəli sürülərək barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma zamanı o da aydın olub ki, sonuncu yol verdiyi cinayətləri jurnalist “fəaliyyət”i ilə pərdələməyə çalışırmış. Ancaq Azərbaycan hüquqi dövlətdir və Xədicə İsmayılovanın peşə fəaliyyəti onun törətdiyi cinayətin məsuliyyətini sığortalaya bilmədi. Digər tərəfdən, Xədicə İsmayılovanın həbsi, həmçinin, radionun Azərbaycan xidmətini diqqət mərkəzinə gətirib. Belə ki, Xədicə İsmayılovanın hansı əməllərdən çıxdığını yaxşı bilən radionun Azərbaycan xidmətinin sabiq əməkdaşlarından biri burada yoxlamalar aparılması təşəbbüsü ilə çıxış edib. Sabiq əməkdaş şikayətində Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığını, ayrı-seçkilik saldığını, kənar maliyyə qaynaqlarından radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə arasında bölüşdürdüyünü bildirib. Şikayət əsasında aparılan yoxlamalar nəticəsində isə məlum maliyyə qalmaqalı üzə çıxıb. Hazırda isə X.İsmayılova ədalət məhkəməsi qarşısında cavab verməkdədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

