Vüqar Rəhimzadə: Leyla Yunusun hansı əxlaqa sahib olduğunu hamı bilir
11.08.2015 [10:07]
“Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Yunus və Arif Yunusun məhkəmə prosesi davam etdirilib. Məhkəmədə Leyla Yunus tərcüməçilərlə bağlı məsələdə yenə də Azərbaycan dilinə qarşı hörmətsizlik edib. Bu, Leyla Yunusun növbəti hoqqabazlığıdır, tərbiyəsizliyidir. O, bununla nə qədər antimilli olduğunu bir daha təsdiqlədi”. Bu barədə SİA-ya “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, Leyla Yunus daim hərəkətləri və əməlləri ilə Azərbaycan dilinə, Azərbaycan xalqına qarşı hörmətsizlik edib: “Bu, onun bir daha erməni xislətli olmasının və ermənilərə xidmət etməsinin göstəricisidir. O, bir müddət əvvəl özü də etiraf edib ki, Azərbaycan dilində yalnız söyüş söyməyi bacarır. Bu, onun əxlaqını və hansı məzhəbə qulluq etməsini təsdiqləyir. Onun qadına xas olmayan hərəkətləri, əxlaqsız danışıq və söyüşü, bütövlükdə qeyri-insan davranışı bunu bir daha sübut edir.
Xatırlayırsınızsa, 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə o, Müdafiə Nazirliyində məsul vəzifə tuturdu. O dövrdə də Leyla Yunus ölçüyə gəlməyən xəyanətkar əməlləri ilə daim xalqımıza zərbə vurub.
Leyla Yunusun məhkəmədə nümayiş etdirdiyi aqressiv hərəkətlər onun öz cinayətlərini bir daha ört-basdır etməyə hesablanmış növbəti oyunlarıdır. Bununla o, süni şəkildə məhkəmə prosesini ləngitmək, necə deyərlər, vay-şüvən qopararaq bəzi qüvvələrin diqqətini məhkəməyə cəlb etmək istəyir. Bir daha vurğulayıram ki, faktlar qarşısında aciz qalan Leyla Yunus məhkəməni şouya çevirməklə əsas diqqəti ittihamlardan, faktlardan yayındırmaq niyyəti güdür.
Mənim şübhəm yoxdur ki, Azərbaycana qarşı xəyanətkar mövqe tutan hər kəs kimliyindən asılı olmayaraq qanunun aliliyi qarşısında layiqli cəzasını alacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35

