/ / KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir
KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir
11.08.2015 [10:12]
Əli Həsənov: Cənab Prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirmişdir
Azərbaycan söz və mətbuat azadlığının, fikir plüralizminin yüksək səviyyədə təmin olunduğu ölkədir. Respublikamızda mətbuat üzərində senzura və digər dövlət nəzarəti tam aradan qaldırılıb, internet azadlığı təmin olunub. Ölkədə mətbuatın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə hərtərəfli dövlət qayğısı göstərilməsi ilə yanaşı, jurnalistlərin öz peşə fəaliyyətlərini sərbəst şəkildə həyata keçirmələrinə də lazımi şərait yaradılıb və bütün hüquqi təminatlar verilib. Ölkəmizdə, həmçinin, media mənsublarının bəzən peşə fəaliyyətlərini yerinə yetirərkən fiziki təzyiqlərə məruz qalmaları da əlaqədar qurumlar tərəfindən ciddi nəzarətə götürülərək təxirəsalınmaz tədbirlər görülür.
Prezident İlham Əliyev Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub
Bu günlərdə jurnalist Rasim Əliyevin bir qrup şəxs tərəfindən onun ölümü ilə nəticələnən ağır fiziki təzyiqə məruz qalması faktı da ən yüksək səviyyədə ciddi nəzarətə götürülüb. Bununla bağlı mətbuata açıqlama verən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub.
Əli Həsənovun sözlərinə görə, Azərbaycan Prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir: “Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir”.
Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırmışdır
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırılması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin başvermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib. “Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırmışdır”, - deyə Ə.Həsənov bildirib.
Ə.Həsənov, həmçinin, əlavə edib ki, “Cənab Prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirmişdir”.
Qeyd edək ki, Ann.az saytının əməkdaşı Rasim Əliyevin bir qrup şəxs tərəfindən döyülməsi və aldığı xəsarətlər nəticəsində dünyasını dəyişməsi faktı hazırda respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hadisənin başvermə səbəblərinin aşkara çıxarılması, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ciddi araşdırmalar aparılır. Hüquq-mühafizə orqanlarının açıqlamalarında da bildirilir ki, aparılan araşdırmalar barəsində ictimaiyyətə əlavə məlumat veriləcək.
Ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdləri yolverilməzdir
Bununla belə, son günlərdə ayrı-ayrı KİV-lərdə, həmçinin sosial şəbəkələrdə məsələnin mahiyyəti təhrif olunur, məlum cinayət hadisəsi subyektiv və qərəzli baxış bucağından dəyərləndirilir, hətta jurnalistin ölümü ilə nəticələnən hadisənin siyasiləşdirilməsinə də cəhdlər göstərilir. Bütün bunlar isə hüquqi dövlət quruculuğu prinsipləri ilə daban-dabana ziddir və heç bir sağlam məntiqə sığmır. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə halların yolverilməz olduğunu diqqətə çatdıraraq vurğulayıb: “Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53

